Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

30-04-2026 , 10:35

120

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Təmraz Tağıyev: “TDBB-nin fəaliyyətinə Azərbaycan bələdiyyələri hər zaman  öz töhfəsini verməyə hazırdır”

“Türk Dünyası Bələdiyyələr Birliyinin (TDBB) Idarə heyətinin  növbəti  iclası baş tutub”- bu barədə məlumatı TDBB -nin İdarə heyətinin üzvü, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev bildirib. 

İstanbulda Bahçelievler Bələdiyyəsinin ev sahibliyi ilə TDBB-nin İdarə heyətinin növbəti toplantısında Albaniya, Azərbaycan, Bosniya və Herseqovina, Şimali Kipr, Kosovo, Qırğızıstan, Şimali Makedoniya, Livan və Türkiyədən olan idarə heyətinin üzvləri iştirak ediblər.

Tədbirdə TDBB -nin Prezidenti, Konya Böyükşəhər bələdiyyəsinin sədri   Uğur İbrahim Altayın proqram xaraketerli məruzəsi dinlənilib. TDBB-nin yeni seçilən baş katibi Taha Zahid Özdemir isə çıxışında qurumun ötən dövrdəki fəaliyyətinə, həyata keçirdikləri layihələri barəsində hesabat xarakterli çıxışı olub.

Müzakirələrdə  bir sıra ölkə təmsilçiləri ilə bərabər Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev də iştirak edib. Sədr çıxışında qeyd edib ki, iki qardaş ölkə arasında  tarixi dostluq, qarşılıqlı etimad, bu dövlətlərin yerli özünüidarəetmə orqanlarının müsbət dinamikada inkişaf edən münasibətinə də daim  öz təsirini göstərməkdədir.

Təmraz Tağıyev həmçinin bundan sonra da Azərbaycan bələdiyyələrinin TDBB-nin işində yaxından iştirak etməklə bu qurumun fəaliyyətinə öz töhfəsini verməyə hazır olduğunu qeyd edib.

İdarə heyətinin iclasında növbəti aylarda görüləcək işlər müzakirə edilərək fəaliyyət üçün qəbul edilib.

Əlavə edək ki, təbbirdən bir gün əvvəl İdarə heyətinin üzvü Təmraz Tağıyev Türk Dünyası Bələdiyyələr Birliyinin inzibati binasını ziyarət edərək TDBB-nin baş katibi Taha Zahid Özdemirlə görüşü olub.

Görüşdə   ikitərəfli əlaqələrin bundan sonrakı dövrdə əməkdaşlıq əlaqələrinin inkişafı üçün irəli sürülən təkliflər  müzakirə olunub. Görüşdə ABMA-nın beynəlxalq əlaqələr üzrə məsul əməkdaşı Rövşən Məmmədov da iştirak edib.

Belediyye.info





Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Deputatların bələdiyyələrə münasibəti

Gündəlik Xəbərlər
14-02-2026
842

Keçən il 43 bələdiyyə sədri məsuliyyətə cəlb edilib

Gündəlik Xəbərlər
09-02-2026
705

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026
658

Azərbaycanda nə qədər qadın bələdiyyə üzvü var?


Gündəlik Xəbərlər
09-02-2026
529

Suleyman Mikayılovu bu şəxs əvəz edəcək

Gündəlik Xəbərlər
02-02-2026
725

2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunur

Gündəlik Xəbərlər
02-02-2026
540

Qaradağın icra başçısı vəzifəsindən azad edildi

Gündəlik Xəbərlər
30-01-2026
743

Bu sözləri niyə onlar barəsində demək olmur? CİDDİ

Gündəlik Xəbərlər
28-01-2026
930

Nazirlik videoqəbul keçirib

Gündəlik Xəbərlər
26-01-2026
613

Sağlam təməl üzərində qazanılan böyük uğur

Gündəlik Xəbərlər
22-01-2026
1008