Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

10-04-2026 , 14:53

223

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Adil Əhmədov: “Nazirlər Kabinetinin 11 mart Qərarı yerli vergilərın artırılması istiqamətində atılan növbəti addımdır”

“Bələdiyyələrin ötən ildəki fəaliyyətinə nəzər yetirsək görərik ki, bu qurumların əldə etdiyi gəlirlərin 52.5 faizi yerli vergilərdən formalaşıb.  İlk dəfədir ki, bələdiyyələrin büdcə gəlirlərində yerli  vergilərin həcmi əlli faizi keçib. Müqayisə üçün deyək ki, yerli vergilərin ümumi büdcə gəlirlərində tutduğu yerin həcmi 2023-cü ildə 41.6 faiz,  2024-cü ildə isə 43.6 faiz olub.  Ötən il isə əldə olunan gəlirlərin 16.4 faizi torpaq, 36.1 faizi isə əmlak vergisindən daxil olub. İlk dəfədir ki, büdcə gəlirlərində əmlak vergisinin həcmi 35 faizi keçib.

Bələdiyyələr bu uğura BAMS proqramının Əmlak Məsələləri Dövlət Xidmətinin məlumat sisteminə inteqrasiyası hesabına imza atması da danılmaz faktdır”- bu fikirləri Belediyye.infoya “Bələdiyyələrə onlyan xidmət” mərkəzinin direktoru Adil Əhmədov deyib.

Adil Əhmədov qeyd edib ki, bu gün bələdiyyələr qarşısında dayanan əsas vəzifə bələdiyyənin vergi-uçot sisteminin tələb olunan səviyyədə qurulmasına nail olmaqdır. Və nəzərə alsaq ki, növbəti ildən bildirişlərin onlayn qaydada göndərilməsi artıq qanunvericilik qaydasında öz təsdiqini tapıb, demək bələdiyyənin üzərinə düşən məsuliyyət yükü bir qədərdə artır.  

Göründüyü kimi, Adminstrasiyanın bələdiyyələrlə iş sektorunun təşkilatçılığı, ABMA və “Bələdiyyələrə onlayn xidmət” mərkəzinin iştirakı təkmilləşdirilən BAMS-proqramının ƏMDX məlumat sisteminə inteqrasiya edilməsi öz bəhrəsini verməkdədir.

Bu ilin mart ayında isə “Bələdiyyələrin vahid informasiya sisteminə ötürüləcək və həmin sistemdən əldə ediləcək məlumatların dairəsi”nin təsdiq edilməsi haqqında  Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı isə yerli büdcə gəlirlərinin artmasına təkan verə biləcək növbəti addım hesab edilə bilər.

BAMS proqramının 13 dövlət qurumu ilə informasiya mübadiləsinin həyata keçirilməsi nəticədə yerli büdcə gəlirlərinə də öz töhfəsini verəcəkdir.

Mərkəz direktoru  təsdiq edilən qərarda bələdiyyələrin diqqətini cəkə biləcək bir məqama toxunub. Direktor Ədliyyə nazirliyi ilə bağlı məqama toxunaraq bildirib ki, qərarda bununla bağlı bir sıra ciddi məqamların icrası nəzərdə tutulub.

Qərarın Ədliyyə naziriliyi ilə bağlı hissəsinin  2.2.2. bəndində bildirilir ki, “fiziki şəxsin bələdiyyə qarşısında öhdəliklərinə dair məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu tarix, şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi, FİN-i, öhdəliyin həcmi)” ötürülməsi zəruri hesab olunub. Yəni  alqı-satqı zamanı vətəndaşın yerli vergi öhdəliyi varsa, demək onun haqqında əmlakın  artıq yeni sahibinin məlumatı olacaq və bu borcun bütün hallarda yerindəcə ödənişi təmin olunacaqdır. 

Beləliklə, yaxın aylarda qərarın icrası ilə bağlı  inteqrasiya başa çatdıqdan sonra artıq 11 mart qərarı işlək vəziyyətə gətiriləcək və bələdiyyələrdə bu qərarın faydasını görə biləcəklər.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Yerin hər zaman görünəcək, dəyərli insan

Gündəlik Xəbərlər
31-03-2026
305

Deputatların bələdiyyələrə münasibəti

Gündəlik Xəbərlər
14-02-2026
751

Keçən il 43 bələdiyyə sədri məsuliyyətə cəlb edilib

Gündəlik Xəbərlər
09-02-2026
623

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026
588