Yasamal bələdiyyəsində ictimai dinləmə keçirilib
Bələdiyyələrin
yaranmasının 25 illlik yubileyi ilə bağlı Yasamal bələdiyyəsinin inzibati binasında ictimai dinləmə keçirilmişdir.
İctimai
dinləmədə Yasamal rayon İcra Hakimiyyəti Başçısının müavini Təravət Muradova, Ədliyyə
nazirliyi Bələdiyyələrlə İş Baş idarəsinin nümayəndəsi Ceyhun Əkbərli, Azərbaycan
Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Əli Əkbərli, “Bələdiyyələrin
fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri
Vüqar Tofiqli, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, bələdiyyə
üzvləri və qulluqçuları məhəllə komitələrinin sədrləri, rayon sakinləri iştirak
edirdilər.
Tədbir
Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban
vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməsiylə
başladi.
Tədbiri
giriş sözü ilə açan Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədov çıxış edərək bələdiyyənin
25 illik fəaliyyətinə qısa bir nəzər saldı.
Sədr Azərbaycan
bələdiyyələrinin 25 illik inkişaf
yolundan, o cümlədən Yasamal bələdiyyəsi tərəfindən görülən işlər
barədə danışaraq, abadlıq quruculuq
işlərində eləcə də sosial yönümlü məsələlərin həllində bələdiyyəyə hər zaman
dəstək olan Yasamal RİH başçısı Elşad Həsənova minnətdarlığını bildirib. Sədr eyni
zamanda bələdiyyələrin inkişafında verdikləri metodiki tövsiyələrə və
göstərdikləri qayğıya görə Ədliyyə nazirliyi Bələdiyyələrlə İş Baş idarəsinin
rəhbərliyinə və əməkdaşlarına, habelə Azərbaycan Şəhər Bələdiyyələrinin Milli
Assosiasiyasına öz təşəkkürünü bildirib.
Daha
sonra Yasamal bələdiyyəsi tərəfindən görülən işlər barədə hazırlanmış qısametrajlı videoçarx
nümayiş etdirildi.
Tədbirdə
çıxış edən Yasamal RİH başçısının müavini Təravət Muradova bələdiyyələrin
yaranmasının 25 illlik yubileyi ilə bağlı təbrik edərək, bələdiyyələrin
fəaliyyətindən danışıb. Xanım müavin
həmçinin Yasamal bələdiyyəsi tərəfindən rayon ərazsində görülən işləri yüksək
qiymətləndirib.
AŞBMA-nın
icraçı katibi Əli Əkbərli, Ədliyyə nazirliyi Bələdiyyələrlə İş Baş idarəsinin
nümayəndəsi Ceyhun Əkbərli, “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin
sədri Vüqar Tofiqli yerliözünü idarətmə
institutunun formalaşdırılmasından danışaraq, müasir idarəetmə modelində
bələdiyyələrin özünəməxsus yerə malik olduğunu bildiriblər.
Şəhid
ailələrindən Emuliya Rzayeva, Elçin İslamov, Sabir Salahov, qazilərdən Adil
Mirzəyev, Məlik Xəlilov, Kamran Həsənov, “Qarabağ müharibəsi
əlilləri,veteranları və şəhid ailələri” İctimai Birliyi Yasamal rayon şöbəsinin
sədri Bəhram Şeydayev,“20 Yanvar”cəmiyyətinin sədri Maral Zamanova, məhəllə
komitəsinin sədri Camal Əliyev Yasamal bələdiyyəsi tərəfindən görülən işləri
yüksək qiymətləndirərək,göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını
bildiriblər.
Sonda İctimai dinləmədə iştirak edən rayon sakinlərinin arzu və təklifləri dinlənilib, səsləndirdikləri məsələlərin həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib.
Rəylər
0 Rəy