ABMA: “Birləşdirmə əsasən kənd və qəsəbə bələdiyyələrini əhatə edib”
“2025-ci
il yanvarın 29-na təyin edilən növbəti bələdiyyə
seçkilərində 118 seçki dairəsini əhatə edəcək 685 bələdiyyə formalaşdırılacaq”-bu
fikri Belediyye.infoya Azərbaycan Bələdiyyələrinin
Milli Assosiasiyalarının mənzil-qərargahından (ABMA) bildirilib.
"Azərbaycan
Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin
yaradılması haqqında" və “Bələdiyyələrin əraziləri və torpaqları
haqqında" Azərbaycan Respublikasının Qanununa Əlavə – "Azərbaycan
Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikasının Qanunlarına əsasaən ölkəmizdə 685 bələdiyyə formalaşdırılacaq.
Qəbul olunan qanunlara əsasən birləşdirmə prosesi ölkənin 1606 bələdiyyəsindən 1400
(87,2%) bələdiyyəni əhatə etmiş və nəticədə bələdiyyələrin sayı 921 (57,3%)
vahid azaldılaraq 685-ə endirilib.
Birləşdirmə əsasən qəsəbə və kənd bələdiyyələrini əhatə edib. 149 qəsəbə
bələdiyyəsi əvəzinə 99 bələdiyyə, 1383 kənd bələdiyyəsi əvəzinə 512 bələdiyyə formalaşdırılacaq.
Əlavə edək ki, ölkədə 74 şəhər bələdiyyəsi formalaşdırılıb.
Belediyye.info
Rəylər
0 Rəy