Sumqayıt bələdiyyəsində məişət zorakılığı mövzusunda tədbir keçirilib
Sumqayıt bələdiyyəsində məişət zorakılığı mövzusunda tədbir keçirilib
Tədbirdə Sumqayıt Bələdiyyəsi, Şəhər İcra Hakimiyyətinin
nümayəndələri, o cümlədən şəhərin fəalları
iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Sumqayıt Bələdiyyəsinin sədr müavini Nərmin Mehdiyeva məişət zorakılığı mövzusunda olan problemlərə toxunaraq, onun həlli istiqamətində öz təklif və fikirlərini söylədi. Daha sonra Sumqayıt İcra Hakimiyyətinin Başçısının müavini Ülviyyə Müzəffərova da məişət zorakılığına qarşı mübarizədə görülməli olan işləri sadaladı, fəaliyyət istiqamətinin müəyyənləşməsi üçün təkliflərini verdi. O, bundan sonra bu tip tədbirlərin şəhər ərazisində daha sıx şəkildə keçirilməsinin vacibliyini vurğuladı. Daha sonra tədbir iştirakçılarına söz verilərək onların fikir və təklifləri öyrənildi.