Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

30-11-2024 , 16:21

1853

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

8000-dən çox bələdiyyə üzvü seçiləcək - Gələn ildən GÖZLƏNTİLƏR

Azərbaycan bələdiyyə seçkilərinə hazırlaşır. Yanvarın 29-da ölkə ərazisində yerli özünüidarəetmə orqanlarına seçkilər keçiriləcək. Qeyd edək ki, ölkəmizdə sonuncu bələdiyyə seçkiləri 2019-cu il dekabrın 23-də baş tutub.

Budəfəki seçki əvvəlkilərdən fərqli olaraq daha az bələdiyyələri əhatə edəcək. Belə ki, seçkilər 685 bələdiyyəyə keçiriləcək və 118 seçki dairəsini əhatə edəcək. Azad edilən ərazilərdə tam məskunlaşma bitmədiyinə görə bu ərazilərdə bələdiyyə seçkiləri baş tutmayacaq.

Modern.az-ın Mərkəzi Seçki Komissiyasının (MSK) təqdim etdiyi siyahıya əsasən apardığı hesablamalara görə, seçkilərdə 8071 bələdiyyə üzvü seçiləcək.

Qeyd edək ki, Növbəti il dövlət büdcəsindən bələdiyyələrə cəmi 13.5 milyon manat (2024-cü illə müqayisədə 1 milyon manat və ya 8% çox) vəsait ayrılması proqnozlaşdırılır. Vəsaitin 7.5 milyon manatı dotasiya, 1,6 milyon manatı subvensiya, 4,4 milyon manatı isə və su təchizatı qurğularının istismarı və onlara xidmətlə bağlı xərclər üçün isə subsidiya formasında ayrılacaq. Həmçinin, bələdiyyələrə qrant almaq hüququ da verilib.

Beləliklə, yeni formalaşacaq bələdiyyələrin əvvəlkilərdən fərqlənəcəyi gözlənilir.

Mövzu ilə bağlı Modern.az-a danışan "Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai birliyinin sədri Vüqar Tofiqli  birləşdirmə nəticəsində yeni formalaşacaq bələdiyyələrin cəmiyyətdə fəaliyyətlərinin ilkin dövründə  süni şəkildə yaradılmış neqativlərin tam şəkildə aradan qaldırılmasına nail olacağını düşünür:

“Bununla da müəyyən mənada həm sakinlərin, həm də vergi ödəyicilərinin qaldırdıqları hər bir məsələləri sürətli şəkildə həll edə biləcəklər. “Güman edirəm ki, yeni formalaşacaq 685 bələdiyyənin inkişafına seçicilər və bələdiyyə üzvləri ilə yanaşı həm yerli, həm də mərkəzi icra hakimiyyəti orqanları öz töhfələrini birmənalı olaraq verməlidirlər. Nəzərə alaq ki, bu gün bələdiyyələrin qarşılaşdıqları bir çox problemlər məhz bəzi mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qeyri-konstruktiv fəaliyyətlərin nəticəsində yaranıb. Bu gün hər bir secici ilə yanaşı, həm də mərkəzi və yerli icra orqanları da  bələdiyyələrlə  qarşılıqlı münasibətləri tənzimlənməli və bu qurumların inkişafına dəstək göstərilməlidir. Hazırda bu addıma çox böyük ehtiyac var” - Vüqar Tofiqli bildirib.

Müsahibimiz qeyd edib ki, birləşdirmə ilə bağlı ilkin vaxtlarda müəyyən çətinliklər yarana bilər:

“İnanıram ki, yaradılacaq birləşdirmə komissiyaları obyektiv qərarlar qəbul etməklə və sürətli addımlar atmaqla yeni formalaşdırılan bələdiyyələrin fəaliyyətinə "yaşıl işıq" yandıracaqlar. Bununla da bələdiyyələr sərbəst şəkildə cəmiyyətdə öz sözünü demiş olacaqlar”

Rəşad Qarayev 

https://modern.az/olke/497110/8000-den-chox-belediyye-uzvu-sechilecek-gelen-ilden-gzlentiler/



Rəylər

1 Rəy

Dilarə Əhmədova

01-12-2024, 4 ay əvvəl

Xeyirli uğurlu olsun.

Cavabla

Rəy yaz

Oxşar xəbərlər

Hər üç görüşdə diqqətimi çəkən əsas məqam...

Gündəlik Xəbərlər
24-04-2025
189

Cərimə edilən sırasında bələdiyyədə də var 

Gündəlik Xəbərlər
21-04-2025
395

Bələdiyyələr niyə hesabat verə bilmirlər...

Gündəlik Xəbərlər
11-04-2025
1081

Eldar Əzizovu fərqləndirən əsas cəhət


Gündəlik Xəbərlər
09-04-2025
515

Nazir  Şəkidə vətəndaşları qəbul edib

Gündəlik Xəbərlər
07-04-2025
505

Bu rayonlarda  da bələdiyyələr formalaşdırılıb?

Gündəlik Xəbərlər
07-04-2025
564

Nizami bələdiyyəsində görüş keçirilib

Gündəlik Xəbərlər
10-03-2025
711