Əziz Zeynalov: “ Bu prinsiplər cari ildə Nəsimi bələdiyyəsinin əsas fəaliyyət istiqamətləri olacaq”
“Ötən bir il ərzində görülmüş işlər, cari ilin prioritet istiqamətləri, həlli vacib məsələlər və nəzərdə tutulan layihələr gündəlik olaraq bələdiyyənin icra aparatının iclaslarında geniş müzakirə edilir” – bu fikirləri Nəsimi bələdiyyəsinin sədri Əziz Zeynalov deyib.
Sədr
qeyd edib ki, iclaslarda həmçinin rayonun
sosial-iqtisadi inkişafı, abadlıq-quruculuq işləri, yaşıllaşdırma tədbirləri,
sosial həssas əhali qruplarına dəstək və vətəndaş müraciətlərinin icrası kimi əsas
mövzular bələdiyyənin daim diqqət mərkəzində saxlanılmaqdadır.
Sədr əlavə
edib ki, 2025-ci il ərzində Nəsimi rayonunda məhəllədaxili abadlıq işlərinin
görülməsi, bir sıra ərazilərdə “Abad həyət” layihələrinin icrası və habelə yaşıllıq
zolaqlarının genişləndirilməsi istiqamətində bələdiyyə tərəfindən mühüm
addımlar atılıb.
Bələdiyyə
sədri açıqlamasında vurğulayıb ki, Nəsimi RİH-in bələdiyyənin birgə və əlaqəli fəaliyyəti nəticəsində
rayonda bir sıra nəzərəçarpacaq layihələr icra olunub. Onun sözlərinə görə, həyata keçirilən layihələr
rayon mühitinin yaxşılaşdırılmasına, sakinlərin gündəlik həyat keyfiyyətinin
yüksəldilməsinə və sosial rifahının artırılmasına xidmət edir.
Sədr sonda qeyd edib ki, bu prinsiplər cari ildə rayonun davamlı inkişafı və sakinlərin məmnunluğunun artırılması üçün şəffaflıq, ictimai iştirakçılıq və vətəndaşlarla açıq dialoq Nəsimi bələdiyyəsinin əsas fəaliyyət istiqamətləri olacaq.
Belediyye.info
Rəylər
0 Rəy