Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

18-05-2023 , 23:59

2430

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Əziz Zeynalov: “Cari ildə ümumilikdə 117.978 manat icra şöbəsinin xəttiylə bələdiyyə büdcəsinə maliyyə  vəsaiti daxil olub”


“2023-cü ildə Ədliyyə Nazirliyinin Nəsimi İcra şöbəsinə bələdiyyə iclasının qərarıyla  814 icra işi verilb ki, onunda 443 icra işi artıq öz həllini tapıb” – bu fikirləri Nəsimi bələdiyyəsinin sədri Əziz Zeynalov bildirib.   

Sədrin sözlərinə görə, yanvar ayı üzrə bələdiyyə büdcəsinə 2040 manat, fevral ayı üzrə 27956 manat, mart ayı üzrə 26969 manat, aprel ayı üzrə 29741 manat, may ayının 18-nə qədər  isə 12869 manat daxil olub. Ümumilikdə 2023-cü il üzrə 117.978 manat icra şöbəsinin xəttiylə bələdiyyə büdcəsinə maliyyə  daxil olmuşdur.

Maliyyə vəsaitinin həcminin əvvəlki illərlə müqayisədə bir neçə dəfə artması bələdiyyənin kollektivinin, xüsusəndə hüquqşünasın fəaliyyətinin nəticəsidir.

Sədr bildirib ki, vergi xidməti əməkdaşlarının əsas məqsədi bu gün borclu vergi ödəyiciləriylə həm də maarifləndirmə işlərini aparmağa yönəlib.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər