Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

19-11-2026 , 20:07

172

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Anar Adıgözəlov: “Həyata keçirilən bu tədbirlər sakinlərin rahat və təhlükəsiz hərəkətinin təmin olunmasına xidmət edir”

Sabunçu rayonu, Maştağa qəsəbəsinin Savalan yaşayış massivində məhəllədaxili yolların təmiri və abadlaşdırılması istiqamətində işlər davam etdirilir.

Sakinlərin kollektiv müraciəti əsasında yaşayış massivinin Sadiq Feyziyev küçəsində növbəti dəfə cari təmir işləri həyata keçirilib.

Maştağa Bələdiyyəsinin sədri Anar Adıgözəlovun verdiyi məlumata görə, ərazidə aparılmış baxış və müvafiq araşdırmalardan sonra küçənin təmiri ilə bağlı qərar qəbul edilib. İşlər Maştağa Bələdiyyəsinin 3 noyabr 2026-cı il tarixli, 22 saylı iclas protokolunun 3.2-ci bəndinə uyğun olaraq icra olunub.

Təmir çərçivəsində yol xüsusi texnika vasitəsilə hamarlanıb, əraziyə karbonat materialı əlavə edilərək səth bərabərləşdirilib və şeben örtüyü verilərək yolun hərəkət üçün yararlı vəziyyətə gətirilməsi təmin olunub.

Anar Adıgözəlov bildirib ki, Maştağa Bələdiyyəsi sakinlərdən daxil olan müraciətləri daim diqqətdə saxlayır, qəsəbə ərazisində mövcud problemlərin mərhələli şəkildə aradan qaldırılması istiqamətində tədbirlər görür. Onun sözlərinə görə, məhəllədaxili yolların təmiri və abadlaşdırılması işləri bələdiyyənin maliyyə və texniki imkanları, eləcə də növbəlilik prinsipi nəzərə alınmaqla davam etdirilir.

Həyata keçirilən bu tədbirlər sakinlərin rahat və təhlükəsiz hərəkətinin təmin olunmasına, yaşayış məntəqəsində infrastrukturun yaxşılaşdırılmasına xidmət edir.

Maştağa Bələdiyyəsi qəsəbə sakinlərinin müraciətlərini əsas götürərək ərazidə abadlıq və quruculuq işlərini bundan sonra da davam etdirəcək.

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər