Anar Adıgözəlov: “Həyata keçirilən bu tədbirlər sakinlərin rahat və təhlükəsiz hərəkətinin təmin olunmasına xidmət edir”
Sabunçu rayonu, Maştağa qəsəbəsinin Savalan yaşayış massivində məhəllədaxili yolların təmiri və abadlaşdırılması istiqamətində işlər davam etdirilir.
Sakinlərin
kollektiv müraciəti əsasında yaşayış massivinin Sadiq Feyziyev küçəsində növbəti
dəfə cari təmir işləri həyata keçirilib.
Maştağa Bələdiyyəsinin
sədri Anar Adıgözəlovun verdiyi məlumata görə, ərazidə aparılmış baxış və
müvafiq araşdırmalardan sonra küçənin təmiri ilə bağlı qərar qəbul edilib. İşlər
Maştağa Bələdiyyəsinin 3 noyabr 2026-cı il tarixli, 22 saylı iclas protokolunun
3.2-ci bəndinə uyğun olaraq icra olunub.
Təmir çərçivəsində
yol xüsusi texnika vasitəsilə hamarlanıb, əraziyə karbonat materialı əlavə edilərək
səth bərabərləşdirilib və şeben örtüyü verilərək yolun hərəkət üçün yararlı vəziyyətə
gətirilməsi təmin olunub.
Anar
Adıgözəlov bildirib ki, Maştağa Bələdiyyəsi sakinlərdən daxil olan müraciətləri
daim diqqətdə saxlayır, qəsəbə ərazisində mövcud problemlərin mərhələli şəkildə
aradan qaldırılması istiqamətində tədbirlər görür. Onun sözlərinə görə, məhəllədaxili
yolların təmiri və abadlaşdırılması işləri bələdiyyənin maliyyə və texniki
imkanları, eləcə də növbəlilik prinsipi nəzərə alınmaqla davam etdirilir.
Həyata
keçirilən bu tədbirlər sakinlərin rahat və təhlükəsiz hərəkətinin təmin
olunmasına, yaşayış məntəqəsində infrastrukturun yaxşılaşdırılmasına xidmət
edir.
Maştağa Bələdiyyəsi qəsəbə sakinlərinin müraciətlərini əsas götürərək ərazidə abadlıq və quruculuq işlərini bundan sonra da davam etdirəcək.
Belediyye.info
Rəylər
0 Rəy