Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

01-11-2026 , 20:36

190

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Nəsib İsmayılov: “Kollektivin birgə səyi ilə qarşımıza qoyduğumuz hədəfə çatacağıq”

Cari ildə büdcə gəlirlərinin həcmini 250 min manata çatdırmaq niyyətindəyik.

Bunun üçün bələdiyyənin vergi xidməti Bələdiyyələrin Vahid İnformasiya Sisteminin (BVİS) imkanlarından yetərincə istifadə edir. Vergi xidməti əməkdaşlarının sistemli fəaliyyətinin nəticəsidir ki, cari ilin ilk doqquz ayı ərzində büdcə gəlirlərində 23,4 faizlik artım müşahidə olunub.

Bu fikirləri Belediyye.infoya Suraxanı rayonu Bülbülə Bələdiyyəsinin sədri Nəsib İsmayılov bildirib.

Sədr açıqlamasında qeyd edib ki, ötən ilin ilk doqquz ayında bələdiyyənin büdcə gəlirləri 131 635 manat təşkil etdiyi halda, cari ilin müvafiq dövründə bu rəqəm 162 424 manata yüksəlib.

Ərazidə sənədsiz əmlakın mövcudluğu, eləcə də bəzi vergi ödəyicilərinin vergiləri ödəməyə maraq göstərməməsi bələdiyyənin büdcə gəlirlərinə mənfi təsir göstərən amillərdəndir.

Nəsib İsmayılov bildirib ki, bələdiyyənin vergi xidməti borclu vergi ödəyicilərinin barəsində dərhal icra və probasiya orqanlarına müraciət edilməsində maraqlı deyil. Bunun əvəzinə vergi müfəttişləri borclu vətəndaşlarla mütəmadi olaraq maarifləndirici söhbətlər aparır, onlara bələdiyyənin həyata keçirdiyi layihələr barədə məlumat verir, həmçinin hazırlanmış bukletləri təqdim edirlər. Məhz bu maarifləndirici tədbirlərin nəticəsində borclu vətəndaşların vergiləri vaxtında ödəməsinə nail olunur.

Bununla yanaşı, növbəti ildən bildirişlərin onlayn qaydada göndərilməsini təmin etmək məqsədilə BVİS proqramında mövcud olan boşluqların və təkrarlanan halların aradan qaldırılması istiqamətində iş aparılır. Eyni zamanda, vergi ödəyicilərinin əlaqə məlumatlarının dəqiqləşdirilməsi də həyata keçirilir.

Sədr sonda əminliyini ifadə edərək bildirib ki, kollektivin birgə səyi nəticəsində qarşıya qoyulan hədəfə nail olunacaq.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Şəhid atası ziyarət olunub

Bakı
02-09-2026
814