Ramana qəsəbəsində abadlıq işləri davam etdirilir
Sabunçu rayonu, Ramana bələdiyyəsi tərəfindən qəsəbənin abadlaşdırılması, küçə və məhəllələrin ümumi görünüşünün yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Bu günlərdə qəsəbənin Qara Qarayev və Əmrulla Əliyev küçələrində abadlıq işləri həyata keçirilib. Aparılan işlər çərçivəsində qəsəbənin adıçəkilən küçələrdə abadlıq və təmizlik işləri həyata keçirilmiş, sakinlər üçün daha əlverişli şəraitin yaradılmışdır.
Ramana bələdiyyəsinin sədri Çingiz Məmmədov Belediyye.infoya
bildirib ki, əsas məqsəd qəsəbənin abad və səliqəli görünüşünün təmin edilməsi,
mövcud problemlərin mərhələli şəkildə aradan qaldırılması və sakinlərin müraciətlərinə
uyğun olaraq zəruri işlərin həyata keçirilməsidir.
“Ramana qəsəbəsinin daha abad, təmiz və rahat yaşayış məkanına
çevrilməsi istiqamətində işlərimizi davam etdirəcəyik. Sakinlərin rahatlığı və
qəsəbənin inkişafı bizim üçün əsas prioritetlərdəndir”, – deyə Çingiz Məmmədov
qeyd edib.
Bələdiyyə tərəfindən abadlıq işlərinin qəsəbənin digər ərazilərində də mərhələli şəkildə davam etdirilməsi nəzərdə tutulur.
Belediyye.info
Rəylər
0 Rəy