Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

27-09-2026 , 22:14

117

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Nərimanov rayon ictimaiyyəti Zəfər parkını ziyarət edib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Nərimanov Rayon İcra Hakimiyyətinin kollektivi, Nərimanov bələdiyyəsinin rəsmiləri, rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri, habelə rayon   ictimaiyyətinin nümayəndələri  tərəfindən ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi və suverenliyin bərqərar olunmasında canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirəsi yad edilib, parkdakı Zəfər abidəsinin önünə gül dəstələri düzülüb.

Bundan əvvəlki gün isə  Nərimanov rayonunda Anım Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.

Aksiyada Nərimanov Rayon İcra Hakimiyyətinin, rayon bələdiyyəsinin, həmçinin müxtəlif idarə, müəssisə və təşkilatlarının rəhbərləri, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş 27 sentyabr – Vətən müharibəsi şəhidlərinin anım gününə ehtiram əlaməti olaraq təşkil edilən aksiyada Abşeronun iqliminə uyğun ağaclar əkilib.

Aksiya çərçivəsində ərazidə əkilən ağaclar suvarılıb, onlara ilkin aqrotexniki qulluq göstərilib.



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər