Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

25-09-2026 , 20:53

142

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Xətai rayonunda “Suveren Azərbaycan - Zəfərdən gələcəyə” adlı tədbir keçirilib

Xətai rayonunda Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə “20 sentyabr - Dövlət Suverenliyi Günü”nə həsr olunmuş “Suveren Azərbaycan - Zəfərdən gələcəyə” adlı tədbir keçirilib.

 Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Zahid Oruc, Vüqar Rəhimzadə, Mixael Zabelin, Pərvanə Vəliyeva, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, Xalq artisti, şəhid atası Əli Nur, Rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Mürvət Əsgərov, Xətai Rayonu Xətai Bələdiyyəsinin sədri Elşad Vəliyev, şəhid ailələri və qazilər iştirak ediblər.

 Tədbirdə Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyinin bərpası uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

 Çıxışlarda qeyd olunub ki, ölkəmizdə hər il 20 sentyabr Dövlət Suverenliyi Günü kimi qeyd olunur. 2023-cü il sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri Qarabağ iqtisadi rayonunda lokal xarakterli antiterror tədbirlərinə başlayıb. Sentyabrın 20-də həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın suverenliyinin bərpası təmin edilib. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 19-da imzaladığı sərəncamla sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü elan edilib.

 Çıxışlarda bildirilib ki, bu əlamətdar tarix Azərbaycanın müasir tarixində dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpasını ifadə edir, milli dövlətçilik ənənələrinin qorunması və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

 Tədbirdə Xətai Bələdiyyəsinin sədri Elşad Vəliyevin iştirakı və təşəbbüsü də xüsusi qeyd olunub. Bildirilib ki, Xətai Bələdiyyəsi rayonun ictimai-sosial həyatında fəal iştirak etməklə yanaşı, şəhid ailələri və qazilərlə bağlı keçirilən tədbirlərə, onların diqqət və qayğı ilə əhatə olunmasına öz töhfəsini verməyə çalışır. Elşad Vəliyev çıxışında şəhidlərin əziz xatirəsinin daim uca tutulmasının, şəhid ailələri və qazilərə göstərilən diqqətin davam etdirilməsinin vacibliyini vurğulayıb.

 Həmçinin çıxışlarda Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi uğrunda şəhidlərin göstərdiyi qəhrəmanlıqdan, qazilərin fədakarlığından bəhs edilib, şəhid ailələri və qazilərə göstərilən dövlət qayğısının əhəmiyyəti vurğulanıb.

 Tədbirdə çıxış edən şəhid ailələrinin üzvləri Vətən müharibəsində və Azərbaycanın suverenliyinin bərpası uğrunda şəhid olan övladlarının əziz xatirəsinin daim uca tutulduğunu qeyd ediblər. Onlar şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

 Tədbirin sonunda tanınmış incəsənət ustalarının ifasında musiqi nömrələri səsləndirilib, şəhid ailələrinə hədiyyələr təqdim olunub.

Xətai bələdiyyəsi

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər