Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

11-09-2026 , 17:17

94

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Elşad Vəliyev: “Xətai rayonunda abadlıq və yaşıllaşdırma işlərinin davamlı şəkildə aparılması bələdiyyənin  də diqqət mərkəzindədir”

“Xətai Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Xətai Bələdiyyəsinin iştirakı ilə rayon ərazisində abadlıq və yaşıllaşdırma istiqamətində mütəmadi işlər həyata keçirilir” – bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri deyib.

Sədr qeyd edib ki, növbəti iməclik çərçivəsində Uşaq və Gənclərin İnklüziv İnkişaf Mərkəzinin ərazisində əsaslı abadlıq və yaşıllaşdırma işləri görülüb. Ərazidə mövcud ağacların budanması, yaşıllıqlara aqrotexniki qulluğun göstərilməsi, ot örtüyünün yenisi ilə əvəzlənməsi həyata keçirilib. Həmçinin ərazinin ümumi səliqə-sahmanına diqqət yetirilib və daha baxımlı, estetik görünüşün formalaşdırılması istiqamətində tədbirlər görülüb.

Sədr bildirib ki, aparılan işlər rayon ərazisində yaşıllıqların qorunması, ekoloji mühitin yaxşılaşdırılması və sakinlər üçün daha sağlam və əlverişli mühitin yaradılmasına xidmət edir.

Elşad Vəliyev rayon ərazisində abadlıq və yaşıllaşdırma işlərinin davamlı şəkildə aparılmasının bələdiyyənin də diqqət mərkəzində olduğunu xüsusilə vurğulayıb.

Xətai rayonunun daha təmiz, abad və yaşıllıqla zəngin olması üçün həyata keçirilən tədbirlərdə yaxından iştirak edirik. Xüsusilə uşaqların və gənclərin istifadə etdiyi ərazilərin abad və baxımlı vəziyyətdə saxlanılması bizim üçün xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə görülən işlər bundan sonra da davam etdiriləcək.

Sədr sonda bildirib ki, rayon ərazisində həyata keçirilən bu cür tədbirlər Xətai rayonunun daha gözəl, yaşıl və müasir görkəminin formalaşdırılmasına mühüm töhfə verir.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər