Anar İsmayılov: “Əmlak vergisinin yığımında ciddi irəliləyişə nail olunub”
“Bu gün Mingəçevir bələdiyyəsi vətəndaş məmnunluğunun təmin edilməsi üçün Bələdiyyələrin Vahid İnformasiya Sisteminin verdiyi bütün imkanlardan yararlanmağa çalışır”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Anar İsmayılov deyib.
Sədr
qeyd edib ki, növbəti ildən vergi bildirişlərinin onlayn qaydada veriləcəyini nəzərə
alan bələdiyyənin vergi xidmətinin əməkdaşları vergi sistemində əvvəllər mövcud
olmuş problemlərin həlli ilə, habelə vergi ödəyicilərinin əlaqə məlumatlarının
dəqiqləşdirilməsi ilə bağlı ciddi addımlar atıblar. Məhz bu addımların sayəsində
bələdiyyənin büdcə gəlirlərində artım müşahidə olunub.
2024-cü
ilin səkkiz ayı ərzində əldə olunan büdcə gəlirlərinə toxunan sədr qeyd edib ki, ümumi olaraq toplanan 236.874 manatın
12.965 manatı əmlak vergisindən, 9.512
manatı torpaq vergisindən, 97.424 manatı bələdiyyə mülkiyyətinin icarəsindən, 2.110
manatı mehmanxana, turizm, kurort-sanatoriya xidmətlərindən, 452 manatı avtomobil dayanacaqlarından, 26.010
manatı bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində
stasionar və ya səyyar ticarətdən, 88.400 manatı bələdiyyə əmlakının
özgəninkiləşdirilməsindən daxil olmuşdursa,
cari ildə büdcə gəlirlərində səkkiz ay ərzində artıq 26 faizlik artım
müşahidə oliunub.
Belə
ki, cari ilin səkkiz ayı ərzində əldə olunan 299.076 manatın 82.098 manatı əmlak vergisindən, 11.862
manatı torpaq vergisindən, 107.573 manatı bələdiyyə mülkiyyətinin icarəsindən, 2.470
manatı mehmanxana, turizm, kurort-sanatoriya xidmətlərindən, 1550 manatı
avtomobil dayanacaqlarından, 25.257 manatı bələdiyyələr tərəfindən xüsusi
ayrılmış torpaq sahələrində stasionar və
ya səyyar ticarətdən, 68.265 manatı bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən
daxil olub.
Göründüyü
kimi, bir sıra istiqamətlərdə, xüsusəndə əmlak vergisinin yığımında ciddi irəliləyişə
nail olunub.
Sədr
qeyd edib ki, ilk dəfədir ki, əmlak vergisinın
yığımında olan artımın həcmi 6.4 dəfəyə çatıb. Əldə olunun bu uğura kollektivin birgə səyi ilə
imza atılıb.
Fəaliyyətlərində daim Mingəçevir Şəhər İcra Hakimiyyətinin dəstəyini hiss etdiklərini qeyd edən sədr hədəfə doğru bundan sonra da ciddi addımlar atacaqlarını bildirdi.
Belediyye.info
Rəylər
0 Rəy