İsrafil Hüseynov: “İlin sonunadək qarşıya qoyduğumuz hədəfə çatacağıq”
“Hazırda Buzovna bələdiyyəsinin vergi xidmətinin əsas faəliyyəti hər daim büdcə gəlirlərini artırmağa yönəlib. Lakin ərazidə sənədsiz əmlakların olması, üstəlik bəzi vətəndaşların vergi ödəməkdən yayınması bütün hallarda büdcə artımına da öz təsiri göstərir”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sdəri İsrafil Hüseynov deyib.
Sədrin sözlərinə görə, lakin bu çətinliklərə baxmayaraq, avqust
ayında ciddi artıma nail olunub. Büdcə gəlirlərində 2025-ci ilin avqust ayı ilə
müqayisədə, cari ilin avqust ayında səkkiz faizlik artım müşahidə olunub. Belə
ki, 2025-ci ilin avqust ayında ümumi olaraq 34.295 manat əldə olunmuşdursa, cari
ilin avqust ayında bu rəqəm 37.009 manat olub. Ümumi səkkiz aylıq göstəricilərdə
də artım müşahidə olunub. Belə ki, ötən ilin səkkiz ayında 251.366 manata
qarşı, cari ilin səkkiz ayında 256.122 manat əldə olunub. Bu isə ümumilikdə iki
faizlik artım deməkdir.
Sədr qeyd edib ki, sözsüz ki, əldə olunan bu rəqəmlər bizi
qane etmir. Və nəzərə alsaq ki, növbəti ildən bildirişlərin paylanılması yalnız
onlayn şəkildə olacaq, belə olan halda artıq vergi xidmətinin əməkdaşları cari
ilin əvvəlindən bu prosesə hazırlaşırlar. Ötən müddət ərzində Bələdiyyələrin
Vahid İnformasiya Sistemində (BVİS) mövcud olan boşluqların aradan qaldırılması
həyata keçirilmiş, təkrarçılıq halları aradan qaldırılıb. Artıq bu istiqamətdə
işlər başa çatmaq üzrədir. Bununla yanaşı BVİS-də qeydiyyatda olan vergi ödəyicilər
haqqında əlaqə məlumatları dəqiqləşdirilir.
Bəzi hallarda bununla bağlı çətinliyimiz olsa da, əməkdaşlarımız
bu çətinliyin aradan qaldırılmasına çalışır.
Sədr qeyd edib ki, ilin sonunadək qarşıya qoyduğumuz hədəfə çatacağıq.
Belediyye.info
Rəylər
0 Rəy