Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

02-09-2026 , 20:04

287

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

İxdiyar Nəcəfov: “Bu gün bələdiyyənin qəsəbədə çəki və nüfuzunun artması üçün kollektivin hər bir üzvü öz töhfəsini verməkdədir”

“Bu gün Qaraçuxur bələdiyyəsi Suraxanı RİH -in dəstəyi ilə rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə, habelə vətəndaş məmnunluğunun təmin edilməsinə öz töhfəsini verməkdədir”- bu fikirləri Belediyye.infoya adıçəkilən  bələdiyyənin sədri İxdiyar Nəcəfov deyib.

Sədr qeyd edib ki, bələdiyyənin kollektivi hazırda Bələdiyyələrin Vahid İnformasiya Sisteminin verdiyi imkanlardan lazımı səviyyədə yararlanmaqla büdcə gəlirlərini artırmağa çalışır. Büdcə gəlirlərimiz artarsa sakinlərin hər bir müraciətinin də həllində bələdiyyə daha sürətli şəkildə öz dəstəyini göstərə bilər. Odur ki, vergi ödəyicilərimizlə keçirilən hər bir görüşdə onlara həm vergi qanunvericiliyi izah edilir, həm də əldə olunan vəsaitlə qəsəbə ərazisində həyata keçirilən işlər barəsində məlumatlar verilir.

Hazırda bələdiyyənin inzibati binasında bələdiyyə qulluqçularının normal fəaliyyəti üçün cari təmir işləri həyata keçirilir. Bununla yanaşı vətəndaşların daha rahat qəbulu və qaldırdıqları məslələrin daha operativ həlli üçün bələdiyyənin inzibati binasında ayrıca otaq istifadəyə hazırlanır.

Sədr qeyd edib ki, Qaraçuxur bələdiyyəsinin inzibati binası bələdiyyənin maliyyəsi ilə 2001- ci ilin sentybarında istifadəyə verilib.  Bu gün bələdiyyənin qəsəbədə çəki və nüfuzunun artması üçün kollektivin hər bir üzvü öz töhfəsini verməkdədir.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bu gün onun günüdür

Bakı
07-05-2026
3660