Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

01-09-2026 , 00:16

209

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Bəylər Həsənov: “Hədəfimizə doğru inamla addımlayırıq ki, vətəndaşlarımızın qaldırdığı hər bir məsələnin həllinə nail ola bilək

“Əgər irəliləyişə nail olmaq istəyiriksə, ilk növbədə bələdiyyənin büdcə gəlirlərinin artırılmasına nail olmalıyıq. Bunun üçün isə ilk növbədə vergi-uçot sistemi elə qurulmalıdır ki, sakinlər vergilərini vaxtında ödəmiş olsunlar” – bu fikirləri Belediyye.infoya Binəqədi rayon Binəqədi qəsəbə bələdiyyəsinin sədri Bəylər Həsənov deyib.

Sədrin sözlərinə görə, bu gün bələdiyyənin vergi xidmətinin səmərəli fəaliyyətinin nəticəsidir ki, cari ilin avqust ayında əldə edilən büdcə gəlirlərinin həcmi  2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 3.2 dəfə artıq  olub.

Cari ilin avqust ayında büdcə gəlirlərinin həcmi  ən yüksək həddə olub. Belə ki, ay ərzində qəsəbə bələdiyyəsinin vergi xidməti əməkdaşları  52.079 manat vergi toplaya biliblər. Bu qəsəbə bələdiyyəsinin fəaliyyəti dövründə ən yüksək rəqəmdir.

Sədr əlavə edib ki, 2024-cü ildə bu rəqəm ay üzrə 16.214 manat olmuşdu.

Səkkiz ay ərzində isə bələdiyyənin əldə etdiyi vəsaitin həcmi 264.773 manat olub ki, bu da yenə 2024-cü illə müqayisədə 108.880 manat artıqdır. Belə ki, qeyd edilən ilin səkkiz ayında bələdiyyə 155.970 manat maliyyə vəsaiti əldə etmişdi.

Məqsədimiz ilin sonunadək 400 min manatlıq hədəfə çatmaqdır.  Sədr qeyd edib ki, kollektivin birgə səyi ilə bu hədəfimizə çatacağıq.

Uğura imza atmaq üçün həm də,  bələdiyyə qulluqçularının normal fəaliyyəti üçün şəraitin yaradılmasıdır. Əvvəl ki, illərdə müəyyən layihə əsasında inzibati bina inşa edilsə də, bina kəm-kəsirlə istifadəyə verilmişdi. Yəni, damı, sanitar qovşağı, işçilərin otaqları elə də ürəkaçan vəziyyətdə deyildi. Bu gün inzibati binanın dam örtüyünün dəyişdirilməsinə nail olmağımız deyərdim ki, uğurumuz üçün açar rolunu oynadı. Belə ki, işçiləri üçün yağışın yağması artıq hər hansı bir halda daha təhlükə yaratmır.

Bununla yanaşı müasir informasiya texnologiyalarının tətbiqi, bələdiyyədə şəbəkənin qurulması, üstəlik Bələdiyyələrin Vahid İnfiormasiya Sisteminin verdiyi bütün imkanlardan yaralanmaqla həm bələdiyyənin qəsəbədə çəki və nufuzunu, həm də büdcə gəlirlərini  artırmağa nail olmuşuq. Bu isə öz növbəsində ərazidə vətəndaş məmnunluğunun təmin edilməsinə şərait yaratmış olur.

Sədr qeyd edib ki, ərazidə ev təsərrüfatının 90 faizədək hissəsinin çıxarışının olmaması bələdiyyənin büdcə gəlirlərinə də öz mənfi təsirini göstərmiş olur. Bütün hallarda bələdiyyənin vergi xidmətinin əməkdaşları vergi ödəyiciləri ilə söhbətlərini davam etdirir, vergi qanunvericiliyi izah edilir, habelə həyata keçirlən layihələrin məhz vergilərdən əldə olunan vəsaitilə icra olunduğu deyilir.

Son olaraq sədr qeyd edib ki, bütün hallarda hədəfimizə doğru inamla addımlayırıq ki, vətəndaşlarımızın qaldırdğı hər bir məsələnin həllinə nail ola bilək.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər