Bəylər Həsənov: “Hədəfimizə doğru inamla addımlayırıq ki, vətəndaşlarımızın qaldırdığı hər bir məsələnin həllinə nail ola bilək”
“Əgər irəliləyişə nail olmaq istəyiriksə, ilk növbədə bələdiyyənin büdcə gəlirlərinin artırılmasına nail olmalıyıq. Bunun üçün isə ilk növbədə vergi-uçot sistemi elə qurulmalıdır ki, sakinlər vergilərini vaxtında ödəmiş olsunlar” – bu fikirləri Belediyye.infoya Binəqədi rayon Binəqədi qəsəbə bələdiyyəsinin sədri Bəylər Həsənov deyib.
Sədrin
sözlərinə görə, bu gün bələdiyyənin vergi xidmətinin səmərəli fəaliyyətinin nəticəsidir
ki, cari ilin avqust ayında əldə edilən büdcə gəlirlərinin həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 3.2
dəfə artıq olub.
Cari
ilin avqust ayında büdcə gəlirlərinin həcmi ən yüksək həddə olub. Belə ki, ay ərzində qəsəbə
bələdiyyəsinin vergi xidməti əməkdaşları 52.079 manat vergi toplaya biliblər. Bu qəsəbə
bələdiyyəsinin fəaliyyəti dövründə ən yüksək rəqəmdir.
Sədr əlavə
edib ki, 2024-cü ildə bu rəqəm ay üzrə 16.214 manat olmuşdu.
Səkkiz
ay ərzində isə bələdiyyənin əldə etdiyi vəsaitin həcmi 264.773 manat olub ki,
bu da yenə 2024-cü illə müqayisədə 108.880 manat artıqdır. Belə ki, qeyd edilən
ilin səkkiz ayında bələdiyyə 155.970 manat maliyyə vəsaiti əldə etmişdi.
Məqsədimiz
ilin sonunadək 400 min manatlıq hədəfə çatmaqdır. Sədr qeyd edib ki, kollektivin birgə səyi ilə
bu hədəfimizə çatacağıq.
Uğura
imza atmaq üçün həm də, bələdiyyə
qulluqçularının normal fəaliyyəti üçün şəraitin yaradılmasıdır. Əvvəl ki, illərdə
müəyyən layihə əsasında inzibati bina inşa edilsə də, bina kəm-kəsirlə istifadəyə
verilmişdi. Yəni, damı, sanitar qovşağı, işçilərin otaqları elə də ürəkaçan vəziyyətdə
deyildi. Bu gün inzibati binanın dam örtüyünün dəyişdirilməsinə nail olmağımız
deyərdim ki, uğurumuz üçün açar rolunu oynadı. Belə ki, işçiləri üçün yağışın
yağması artıq hər hansı bir halda daha təhlükə yaratmır.
Bununla
yanaşı müasir informasiya texnologiyalarının tətbiqi, bələdiyyədə şəbəkənin
qurulması, üstəlik Bələdiyyələrin Vahid İnfiormasiya Sisteminin verdiyi bütün
imkanlardan yaralanmaqla həm bələdiyyənin qəsəbədə çəki və nufuzunu, həm də
büdcə gəlirlərini artırmağa nail olmuşuq.
Bu isə öz növbəsində ərazidə vətəndaş məmnunluğunun təmin edilməsinə şərait
yaratmış olur.
Sədr
qeyd edib ki, ərazidə ev təsərrüfatının 90 faizədək hissəsinin çıxarışının
olmaması bələdiyyənin büdcə gəlirlərinə də öz mənfi təsirini göstərmiş olur.
Bütün hallarda bələdiyyənin vergi xidmətinin əməkdaşları vergi ödəyiciləri ilə
söhbətlərini davam etdirir, vergi qanunvericiliyi izah edilir, habelə həyata
keçirlən layihələrin məhz vergilərdən əldə olunan vəsaitilə icra olunduğu
deyilir.
Son olaraq sədr qeyd edib ki, bütün hallarda hədəfimizə doğru inamla addımlayırıq ki, vətəndaşlarımızın qaldırdğı hər bir məsələnin həllinə nail ola bilək.
Belediyye.info
Rəylər
0 Rəy