Səbail bələdiyyəsində Qarabağ müharibəsi veteranının yubileyi qeyd edilib
Polkovnik-leytenant, Qarabağ müharibəsi veteranı, Azərbaycanın milli ordusunun ilk zabitlərindən biri, habelə Səbail bələdiyyəsinin üzvü Bəhram Lətif oğlu Ağakişiyevin 60 illik yubileyi münasibətilə Səbail bələdiyyəsinin inzibati binasında tədbir keçirilib.
Tədbirdə Səbail bələdiyyəsinin sədri Hacı Əliyev, bələdiyyə
üzvləri, qazilər, müharibə veteranları və hərbçilər iştirak ediblər.
Görüşdə çıxış
edən Səbail bələdiyyəsinin sədri Hacı Əliyev dəyərli insanın həyat yoluna qısa
bir nəzər salıb.
Sədr
qeyd edib ki, polkovnik-leytenant Bəhram Lətif oğlu Ağakişiyev 1 avqust 1966-cı
ildə Qusar rayonunun Gündüzqala kəndində anadan olub. O, Azərbaycanın
müstəqilliyinin ilk illərində milli ordunun formalaşmasında iştirak edən zabitlərdən
və Qarabağ müharibəsi veteranlarından biridir.
Sədr qeyd edib ki, Bəhram Ağakişiyev hərbi təhsil alaraq
zabit kimi xidmətə başlayıb və Azərbaycan Ordusunun ilk milli zabit
kadrlarından biridir. Birinci Qarabağ müharibəsi zamanı məşhur “Birinci
batalyon”un yaradılmasında fəal iştirak edib, kəşfiyyat taqımının komandiri
kimi bir sıra mühüm əməliyyatlarda xidmət göstərib. Döyüş yoldaşlarının xatirələrində
onun çevik, tələbkar, dürüst və peşəkar kəşfiyyatçı olduğu qeyd edilir.
Qəhrəman veteranın müharibə yoluna toxunan sədr Hacı Əliyev
Bəhram Ağakişiyevin kəşfiyyat əməliyyatları zamanı düşmən arxasına keçərək
mühüm məlumatlar əldə etdiyi və həmin məlumatların sonrakı döyüş əməliyyatlarında
istifadə olunduğu bildirilir. Sədr qeyd edib ki, Ağakişiyevin döyüş yolu Azərbaycanın ərazi
bütövlüyünün müdafiəsi uğrunda aparılan mübarizənin mühüm səhifələrindən biri
kimi təqdim olunur.
Atəşkəsdən sonra da hərbi xidmətini davam etdirən Bəhram
Ağakişiyev Müdafiə Nazirliyində və Milli təhlükəsizlik nazirliyinin Sərhəd
Qoşunlarında xidmət edib. Hazırda ehtiyatda olan polkovnik-leytenantdır. Dövlət
sifarişi ilə onun həyat və döyüş yoluna həsr olunmuş “Cənnət yolçusu” sənədli
filmi hazırlanıb. Film 2019-cu ildə təqdim olunub və Bəhram Ağakişiyevin
timsalında Qarabağ müharibəsi veteranlarının döyüş yolunu, müstəqilliyin ilk
illərində Azərbaycanın keçdiyi ağır tarixi dövrü əks etdirir. Filmin çəkilişlərinin
bir hissəsi onun doğulduğu Gündüzqala kəndində ailə üzvləri, sinif yoldaşları və
döyüş yoldaşlarının iştirakı ilə aparılıb. Filmdə Ağakişiyev Bəhram Lətif
oğlunun rəhbərlik etdiyi kəşfiyyat dəstəsinin düşmən arxasında apardığı gizli kəşfiyyat
əməllərindən və bir sıra yaşayış və strateji yüksəklik ərin düşməndən azad
edilməsindən xüsusi ilə Ağdərənin aydogan və Laçın hocaz yüksəklikləri düşməndən
azad olunmasından bəhs edir.
Bəhram Ağakişiyevin döyüş və xidmət yolu Azərbaycan hərb
tarixinin mürəkkəb və ağır mərhələlərindən birinə təsadüf edir. Onun haqqında çəkilmiş
sənədli film, döyüş yoldaşlarının xatirələri və veteran təşkilatlarının təqdim
etdiyi məlumatlar bu yolu gələcək nəsillərə çatdırmaq baxımından əhəmiyyətlidir.
Sədr sonda Bəhram Lətif oğlu Ağakişiyevin Azərbaycan hərb tarixində özünəməxsus iz
qoymuş şəxs olduğunu qeyd edib.
Görüşdə çıxış edən natiqlər tərəfindən Bəhram Ağakişiyevin Vətən
qarşısındakı şərəfli xidmətləri, Birinci Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlıq,
dövlətçiliyimizə verdiyi töhfələri yüksək qiymətləndirilib.
Sonda Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr
Veteranları Təşkilatının Rəyasət Heyətinin üzvü, polkovnik-leytenant Bəhram
Ağakişiyevə Səbail bələdiyyəsinin “Fəxri Fərmanı” təqdim edilmiş, gələcək fəaliyyətində
yeni uğurlar və cansağlığı arzulanmışdır.
Polkovnik-leytenant Bəhram Ağakişiyev ona göstərilən bu diqqətə və əməyinə verilən qiymətə görə Səbail Bələdiyyəsinin sədri Hacı Əliyevə və bələdiyyənin kollketivinə öz təşəkkürünü bildirib.
Səbail bələdiyyəsi
Rəylər
1 Rəy
Garibov
18-08-2026, 1 gün əvvəl
🙏
Cavabla