Fərid Əhmədov Lerik rayonunda vətəndaşları qəbul edib
Ədliyyə
naziri Fərid Əhmədov Lerik rayonunda vətəndaşları qəbul edib.
Qəbuldan
əvvəl nazir Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül
dəstəsi qoyub.
Qəbulda
Astara, Lerik, Lənkəran, Masallı, Yardımlı və Cəlilabad rayonlarından ümumilikdə
152 vətəndaşın ədliyyə fəaliyyəti ilə, eləcə də ədliyyə orqanlarında işə qəbulla
bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin
bir qismi yerində müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən digər müraciətlərə
isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı
Nazirliyin aidiyyəti struktur qurumlarının rəhbər şəxslərinə müvafiq
tapşırıqlar verilib.
Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.
Ədliyyə Nazirliyi
Rəylər
0 Rəy