Sədr: “Sakinlərin sağlam yaşayış mühitinin təmin olunması sahəsində operativ tədbirlərin həyata keçirilməsini daim diqqət mərkəzində saxlanılır”
"Xətai bələdiyyəsinin təşəbbüsü ilə növbəti genişmiqyaslı dezinfeksiya tədbirləri həyata keçirilməkdədir”- bu fikirləri adıçəkilən bələdiyyənin sədri Elşad Vəliyev deyib.
Sədr qeyd edib ki, Xətai bələdiyyəsinin təşəbbüsü
ilə rayon ərazisində sanitar-gigiyenik vəziyyətin yaxşılaşdırılması, əhalinin
sağlamlığının qorunması, bit, birə və digər zərərverici həşəratların
yayılmasının qarşısının alınması məqsədilə növbəti profilaktik dezinfeksiya tədbirləri
həyata keçirilir.
Bələdiyyəyə daxil olan müraciətlər və aparılan
monitorinqlər əsasında antisanitar vəziyyət müşahidə edilən yaşayış binalarında
xüsusi dezinfeksiya işləri görülüb. Tədbirlər çərçivəsində Telnov küçəsi 10, M.
Rüstəmov küçəsi 15, Telnov küçəsi 8, M. Rüstəmov küçəsi 21, Telnov küçələri 16,
18 və 18A, Sarayevo küçəsi 38, Sarayevo küçəsi 34, Xudu Məmmədov küçələri 31 və
33, Məhəmməd Hadi küçəsi 58 ünvanlarında yaşayış binalarının girişləri, zirzəmiləri
və ümumi istifadə sahələri xüsusi preparatlarla dezinfeksiya olunaraq bit, birə
və digər zərərverici həşəratlara qarşı profilaktik tədbirlər həyata keçirilib.
Görülən işlər nəticəsində qeyd olunan ünvanlarda
sanitar-gigiyenik vəziyyətin yaxşılaşdırılması, infeksiya və zərərvericilərin
yayılma riskinin minimuma endirilməsi istiqamətində mühüm nəticələr əldə
olunub. Bu cür tədbirlər sakinlərin sağlamlığının qorunmasına, yaşayış
mühitinin daha təhlükəsiz olmasına xidmət edir.
Sədr rayon sakinlərinin sosial-rifahının yüksəldilməsi, sağlam yaşayış mühitinin təmin olunması və sanitariya sahəsində operativ tədbirlərin həyata keçirilməsini daim diqqət mərkəzində saxlayır.
Belediyye.info
Rəylər
0 Rəy