Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

16-07-2026 , 20:40

104

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Sədr: “Sakinlərin sağlam yaşayış mühitinin təmin olunması sahəsində operativ tədbirlərin həyata keçirilməsini daim diqqət mərkəzində saxlanılır”

"Xətai bələdiyyəsinin təşəbbüsü ilə növbəti genişmiqyaslı dezinfeksiya tədbirləri həyata keçirilməkdədir”- bu fikirləri adıçəkilən bələdiyyənin sədri Elşad Vəliyev deyib.

Sədr qeyd edib ki, Xətai bələdiyyəsinin təşəbbüsü ilə rayon ərazisində sanitar-gigiyenik vəziyyətin yaxşılaşdırılması, əhalinin sağlamlığının qorunması, bit, birə və digər zərərverici həşəratların yayılmasının qarşısının alınması məqsədilə növbəti profilaktik dezinfeksiya tədbirləri həyata keçirilir.

Bələdiyyəyə daxil olan müraciətlər və aparılan monitorinqlər əsasında antisanitar vəziyyət müşahidə edilən yaşayış binalarında xüsusi dezinfeksiya işləri görülüb. Tədbirlər çərçivəsində Telnov küçəsi 10, M. Rüstəmov küçəsi 15, Telnov küçəsi 8, M. Rüstəmov küçəsi 21, Telnov küçələri 16, 18 və 18A, Sarayevo küçəsi 38, Sarayevo küçəsi 34, Xudu Məmmədov küçələri 31 və 33, Məhəmməd Hadi küçəsi 58 ünvanlarında yaşayış binalarının girişləri, zirzəmiləri və ümumi istifadə sahələri xüsusi preparatlarla dezinfeksiya olunaraq bit, birə və digər zərərverici həşəratlara qarşı profilaktik tədbirlər həyata keçirilib.

Görülən işlər nəticəsində qeyd olunan ünvanlarda sanitar-gigiyenik vəziyyətin yaxşılaşdırılması, infeksiya və zərərvericilərin yayılma riskinin minimuma endirilməsi istiqamətində mühüm nəticələr əldə olunub. Bu cür tədbirlər sakinlərin sağlamlığının qorunmasına, yaşayış mühitinin daha təhlükəsiz olmasına xidmət edir.

Sədr rayon sakinlərinin sosial-rifahının yüksəldilməsi, sağlam yaşayış mühitinin təmin olunması və sanitariya sahəsində operativ tədbirlərin həyata keçirilməsini daim diqqət mərkəzində saxlayır.    

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər