Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

09-07-2026 , 22:31

90

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Xətai rayonunda yaşıl nəfəs: Xətai Bələdiyyəsinin abadlıq və yaşıllaşdırma təşəbbüsləri


Şəhərin gözəlliyi yalnız müasir binalar və geniş yollarla deyil, eyni zamanda yaşıllıq, təmizlik və estetik görünüşlə də ölçülür. Bu baxımdan Xətai rayon Bələdiyyəsinin həyata keçirdiyi abadlıq və yaşıllaşdırma tədbirləri rayonun simasının daha da gözəlləşdirilməsinə, sakinlər üçün daha rahat və sağlam mühitin yaradılmasına xidmət edir.

“Xətai rayonunda yaşıl nəfəs” adlanan bu təşəbbüslər çərçivəsində yol kənarı ərazilərdə dekorativ güllərin təşkili, yaşıllıq zolaqlarının qorun ması və ərazilərin mütəmadi suvarılması istiqamətində ardıcıl işlər görülür. Bu tədbirlər rayonun ekoloji mühitinin yaxşılaşdırılması ilə yanaşı, şəhər estetikası baxımından da mühüm əhəmiyyət daşıyır.

Xətai rayonunun əsas istiqamətlərindən olan 8 Noyabr prospekti, Zığ şosesi və aeroport yolu boyunca aparılan dekorativ gülləndirmə işləri ərazilərə xüsusi gözəllik və səliqə bəxş edir. Mövsümə uyğun seçilən güllərin əkilməsi, onlara vaxtında qulluq göstərilməsi və isti yay günlərində mütəmadi suvarılması nəticəsində yol kənarları daha baxımlı və cəlbedici görünüş qazanır.

Xətai rayon Bələdiyyəsinin sədri Elşad Vəliyevin rəhbərliyi ilə həyata keçirilən bu tədbirlər rayonun abadlaşdırılması istiqamətində məqsədyönlü fəaliyyətin göstəricisidir. Onun rəhbərliyi ilə yaşıllıqların artırılması, ictimai ərazilərin daha səliqəli vəziyyətə gətirilməsi və sakinlərin rahat yaşayış mühitinin təmin olunması istiqamətində görülən işlər xüsusi diqqət çəkir.

Elşad Vəliyevin fəaliyyətində rayonun inkişafına, abadlıq işlərinə və insanların rahatlığına xidmət edən layihələrə üstünlük verilməsi bələdiyyənin qarşıya qoyduğu məqsədlərlə uzlaşır. Yol kənarlarında yaradılan dekorativ gül zolaqları və yaşıllıq sahələrinə göstərilən qayğı Xətai rayonunun daha gözəl və müasir görünüşə qovuşmasına mühüm töhfə verir.

“Xətai rayonunda yaşıl nəfəs” yalnız yaşıllıq yaratmaq deyil, həm də insanlara gözəl, təmiz və rahat şəhər mühiti bəxş etmək məqsədi daşıyan bir yanaşmadır. Bu istiqamətdə həyata keçirilən tədbirlər rayon akinlərinin məmnunluğunun artırılmasına, təbiətə və ətraf mühitə qayğı mədəniyyətinin formalaşmasına xidmət edir.

Xətai rayon Bələdiyyəsinin bu sahədə gördüyü işlər yerli idarəetmənin abadlıq və quruculuq istiqamətində fəaliyyətinin nümunəsi kimi qiymətləndirilə bilər. Yaşıllaşdırma və dekorativ gülləndirmə tədbirlərinin davam etdirilməsi Xətai rayonunun daha yaşıl, daha gözəl və daha rahat yaşayış məkanına çevrilməsinə imkan yaradır.

Xətai bələdiyyəsi



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər