Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

16-06-2026 , 20:32

156

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Seymur Həsənov: “Badamdar bələdiyyəsi daha bir irihəcmli layihəyə imza atıb”

“Badamdar bələdiyyəsi bələdiyyə iclaslarının qərarı ilə ərazidə irihəcmli layihələri icra etməklə  qəsəbədə vətəndaş məmnunluğunun təmin edilməsinə hər zaman öz dəstəyini  göstərir”-bu fikirləri adıçəkilən bələdiyyənin sədri Seymur Həsənov deyib.

Sədr qeyd edib ki, bələdiyyə bu günlərdə  daha bir irihəcmli layihəyə imza atıb. Belə ki,  Səbail RİH-in təşəbbüsü ilə bələdiyyə tərəfindən qəsəbədə yerləşən N saylı hərbi hissənin qarşısındakı əraziyə və yol ayrıcına yeni asfalt örtüyü salınmışdır. Görülən işlər çərçivəsində uzun müddət təmirə ehtiyacı olan yol sahəsi yenilənərək asfalt örtüyü ilə təmin edilmişdir.

Asfalt örtüyünün yenilənməsi nəticəsində həm nəqliyyat vasitələrinin, həm də piyadaların hərəkəti daha rahat və təhlükəsiz olmuş, ərazinin ümumi görünüşü yaxşılaşdırılmışdır.

Sədr qeyd edib ki, Badamdar bələdiyyəsi qəsəbənin infrastrukturunun inkişafı və sakinlərin sosial rifahının yüksəldilməsi istiqamətində fəaliyyətini bundan soinra da  davam etdirəcəkdir.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər