Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

07-03-2026 , 18:53

101

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Bələdiyyə sədri:  “Az müddət ərzində  qəsəbənin 1300 kv.m-lik ərazisinə asfalt örtüyü salınıb”

“Mütəmadi olaraq qəsəbə sakinlərinin müraciətləri, istək və təklifləri Kürdəxanı bələdiyyəsinin rəsmiləri tərəfindən  dinlənilir. Qəsəbənin gələcək inkişafı, qəsəbədaxili yolların asfaltlaşdırılması və küçələrin işıqlandırılması, ərazinin sanitar təmizliyi, qanunsuz küçə ticarətinin qarşısının alınması və s. barədə müraciətlər bələdiyyəyə daxil olmaqdadır. Bütün hallarda sakinləri narahat edən suallar bələdiyyə rəsmiləri tərəfindən cavablandırılır, mövcud problemlərin aradan qaldırılması üçün bir çox hallarda aidiyyəti qurumlar qarşısında məsələ qaldırılır”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Ağaəli Məsimov deyib. Sədr Ağaəli Məsimov ölkə rəhbəri tərəfindən Sabunçu rayonuna və onun qəsəbələrinə göstərilən diqqət və qayğıdan, gələcəkdə qəsəbənin mərkəzinin və müəyyən küçələrinin daha da abadlaşdırılması, habelə sakinlərə və qəsəbəmizin çoxsaylı qonaqları üçün hər cür şəraitin yaradılması üçün görülməli olan işlərdən danışıb. Bununla yanaşı bələdiyyəəyə edilən müraciətlərə əsasən qəsəbənin iki küçəsində cari təmir işləri aparılıb. Şəhid Xanlar Əzimov küçəsi 456 kv asfalt örtüyü, Əli Vəliyev küçəsində isə 856 kv.m -lik əraziyə asfalt vurulub. Sakinlərin müraciəti əsasında həyata keçirilən bu layihələri rəğbətlə qarşlamışlar. Belediyye.info

Belediyye.info

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

18 yanvar onun günüdür

Bakı
17-01-2026
1170