Hacı Əliyev: “Cari ildə hədəfimiz büdcə gəlirlərini iki milyon manata çatdırmaqdır”
Səbail bələdiyyəsi üzvlərinin iştirakı ilə növbəti iclası keçirilib. İclas həm canlı, həm də onlayn şəkildə baş tutub. İclasda bələdiyyənin sədri Hacı Əliyev gündəlikdə olan məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb, daha sonra gündəlik bələdiyyə üzvlərinin səsverməsi ilə təsdiq edilib. Gündəlikdə olan məsələlərin müzakirəsi ilə iclas davam etdirilib.
Müzakirələrdə şəhid ailələri və qazilərin sosial təminatının gücləndirilməsi, vətəndaş müraciətləri bağlı məsələlərin həlli istiqamətində plan təsdiq olunub.
Bələdiyyə sədri Hacı Əliyev Səbail bələdiyyəsinin ötən ildəki fəaliyyətini qənətbəxş hesab edərək, cari ildə daha ciddi şəkildə çalışmaq lazım olduğunu vurğulayıb.
Sədr iclasda
qeyd edib ki, növbəti ildə bildirişlərin onlayn şəkildə veriləcəyini nəzərə
alib bələdiyyənin vergi xidmətinin bu prosesə indidən hazır olmalarını, bununla
yanaşı ərazidə yeni vergi ödəyicilərinin BAMS- proqramına əlavə edilməsi üzərində
ciddi işləmək lazım olduğunu bildirib. Sədr yekun olaraq qeyd edib ki, cari ildə
hədəfimiz büdcə gəlirini iki milyon
manata çatdırmaqdır.
Sədr
qeyd edib ki, Səbail RİH-in və kollektivin birgə səyi ilə bu uğura imza
atacağımıza inanırıq.
İclasda məlumat verilib ki, ötən il BAMS sisteminə 2500 nəfər
yeni vergi ödəyicisi haqqında məlumat əlavə edilib. Borclu vətəndaşlarla
maarifləndirici söhbətlərin aparıldığı qeyd edilməklə yanaşı, ötən il 450 vergi
borcu olan vətəndaşlarla bağlı məlumatlar
icra və probasiya xidmətinə göndərilib. İl ərzində onlardan 270-i artıq icra
olunub. Sədr həmçinin qeyd edib ki, bütün hallarda vətəndaş məmnunluğunu təmin etmək
üçün büdcə gəlirlərinin həcmini artırmağa çalışmalıyıq.
Əlavə edək ki, görüşdə “Bələdiyyələrinin fəaliyyətinin təbliği”
İctimai birliyinin sədri Vüqar Tofiqli iştirak edib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Rəylər
0 Rəy