Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

14-01-2026 , 21:47

1221

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Hacı Əliyev: “Cari ildə hədəfimiz büdcə gəlirlərini iki milyon manata çatdırmaqdır”

Səbail bələdiyyəsi üzvlərinin iştirakı ilə  növbəti iclası keçirilib. İclas həm canlı, həm də onlayn şəkildə baş tutub. İclasda bələdiyyənin sədri Hacı Əliyev gündəlikdə olan məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb, daha sonra gündəlik bələdiyyə üzvlərinin səsverməsi ilə təsdiq edilib. Gündəlikdə olan məsələlərin müzakirəsi ilə iclas davam etdirilib.

Müzakirələrdə şəhid ailələri və qazilərin sosial təminatının gücləndirilməsi, vətəndaş müraciətləri bağlı məsələlərin həlli istiqamətində plan təsdiq olunub.

Bələdiyyə sədri Hacı Əliyev Səbail bələdiyyəsinin ötən ildəki fəaliyyətini qənətbəxş hesab edərək, cari ildə daha ciddi şəkildə çalışmaq lazım olduğunu  vurğulayıb.

Sədr iclasda qeyd edib ki, növbəti ildə bildirişlərin onlayn şəkildə veriləcəyini nəzərə alib bələdiyyənin vergi xidmətinin bu prosesə indidən hazır olmalarını, bununla yanaşı ərazidə yeni vergi ödəyicilərinin BAMS- proqramına əlavə edilməsi üzərində ciddi işləmək lazım olduğunu bildirib. Sədr yekun olaraq qeyd edib ki, cari ildə hədəfimiz büdcə gəlirini  iki milyon manata çatdırmaqdır.

Sədr qeyd edib ki, Səbail RİH-in  və  kollektivin birgə səyi ilə bu uğura imza atacağımıza inanırıq.

İclasda məlumat verilib ki, ötən il BAMS sisteminə 2500 nəfər yeni vergi ödəyicisi haqqında məlumat əlavə edilib. Borclu vətəndaşlarla maarifləndirici söhbətlərin aparıldığı qeyd edilməklə yanaşı, ötən il 450 vergi borcu  olan vətəndaşlarla bağlı məlumatlar icra və probasiya xidmətinə göndərilib. İl ərzində onlardan 270-i artıq icra olunub. Sədr həmçinin qeyd edib ki, bütün hallarda vətəndaş məmnunluğunu təmin etmək üçün büdcə gəlirlərinin həcmini artırmağa çalışmalıyıq.

Əlavə edək ki, görüşdə “Bələdiyyələrinin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri Vüqar Tofiqli iştirak edib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bu gün onun günüdür
Bakı
23-02-2026
725