Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

14-01-2026 , 19:24

972

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Anar Adıgözəlov: “Maştağa bələdiyyəsi bundan sonra da qəsəbə ərazisində infrastrukturun inkişaf etdirilməsini davam etdirəcəkdir”

 “Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yol infrastrukturunun yaxşılaşdırılması məqsədilə Maştağa bələdiyyəsi tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində qəsəbənin Baloğlan Bağırov küçəsi ilə Xanlar küçəsini birləşdirən 1-ci döngədə əsaslı təmir və asfaltlama işləri aparılmışdır”- bu məlumatı Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Anar Adıgözəlov deyib.

Sədr bildirib ki, qeyd olunan yol uzun müddət istismar müddətini başa vurduğundan və texniki vəziyyəti qənaətbəxş olmadığından nəqliyyat vasitələrinin və piyadaların hərəkətində ciddi çətinliklər yaradırdı. Xüsusilə yağıntılı havalarda yol örtüyünün dağılması, çala-çuxurların əmələ gəlməsi təhlükəsizlik baxımından risklər formalaşdırırdı. Sözügedən yolun ətrafında təhsil müəssisələrinin, iaşə və xidmət obyektlərinin yerləşməsi onun strateji əhəmiyyətini daha da artırırdı.

Sakinlərin kollektiv müraciəti nəzərə alınaraq, Maştağa bələdiyyəsi tərəfindən müvafiq tədbirlər görülmüş, yolun əsaslı təmiri həyata keçirilmişdir. Aparılan işlər çərçivəsində ümumilikdə 1250 kvadrat metr sahədə yol örtüyü müasir norma və standartlara uyğun şəkildə hazırlanmış, asfaltlama işləri tam şəkildə başa çatdırılmış, yol səthi müasir qaydalara uyğun olaraq rənglənmə işləri aparılmaqla tamamlanmışdır.

Görülmüş işlərin nəticəsi olaraq yolun istismar keyfiyyəti yüksəldilmiş, nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkəti təmin edilmişdir. Təmir və asfaltlama işləri Yeni ilin ilk günlərində yekunlaşdırılaraq yol Maştağa bələdiyyəsi tərəfindən qəsəbə sakinlərinin istifadəsinə verilmişdir.

Sədr sonda qeyd edib ki, Maştağa bələdiyyəsi bundan sonra da qəsəbə ərazisində infrastrukturun inkişaf etdirilməsi, sakinlərin müraciət və ehtiyaclarının mərhələli şəkildə həlli istiqamətində müvafiq tədbirlərin görülməsini davam etdirəcəkdir.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bu gün onun günüdür
Bakı
23-02-2026
725