Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

16-01-2024 , 21:33

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Sumqayıt
- +

Sumqayıt Bələdiyyəsi  hesabatını açıqlayıb

Sumqayıt Bələdiyyəsi 2023-cü il ərzində fəaliyyətinin əsas nəticələrinə dair hesabatını açıqlayıb. 

Ötən gün bələdiyyə ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların iştirakı ilə iclas keçirilib.

Toplantıda söz alan  yerli büdcə məsələləri üzrə daimi komissiyanın sədri Akif Kərimov bildirib ki, biz xoşbəxt xalq və nəsilik ki, Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdiyinin şahidi olduq. O, geridə qoyduğumuz ilin "Heydər Əliyev İli" olduğunu xatırladaraq ötən il üzrə görülmüş işləri sadalayıb. O, Sumqayıtdakı "Heydər Əliyev Mərkəzi"ndə Ulu Öndərin həyat və fəaliyyətinə həsr edilmiş sərgi keçirildiyini, Sumqayıt Bələdiyyəsinin təşkilatçılığı ilə şahmat yarışının baş tutduğunu  bildirib. Kərimov vurğulayıb ki, bu qəbildən olan tədbirlərdən biri də uşaqlar arasında rəsm və əl işləri müsabiqəsi olub.  Ötən il Bələdiyyə Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı bir çox tədbirləri təşkil edib və orada iştirak edib. 

Akif Kərimov çıxışına davam edərək Sumqayıt Bələdiyyəsinin fəaliyyəti ilə bağlı bu sözləri söyləyib: "Ötən il bələdiyyə keçirdiyi 19 iclasda 385 məsələni müzakirə edib və həmin iclasların nəticəsi olaraq müvafiq qərarlar qəbul edib, bələdiyyəyə geridə qoyduğumuz il ərzində 2187 ərizə daxil olub.  Bələdiyyəmiz ötən ilin fevralında qardaş Türkiyədəki zəlzələ ilə bağlı bir neçə konteyner tipli evlərlə yanaşı, müxtəlif isti paltar dəstləri, yataq ləvazimatları, əşya və ərzaq göndərib. Qeyd edək ki, ötən il bələdiyyə rəhbərliyi və icra aparatının qəbulunda 1457 nəfər vətəndaş olub. Bundan əlavə bələdiyyənin hüquqşünasları 115 məhkəmə işi üzrə 319 məhkəmə iclasında iştirak ediblər.

 Sumqayıt Bələdiyyəsi ötən il yerli sosial müdafiə proqramı əsasında bir sıra layihələri icra dib. Onlara misal olaraq şəhər ərazisindəki "Şəhidlər Xiyabanı"nın məzarların quraşdırılması işlərini göstərə bilərik. Daha sonra qeyd etmək istəyirəm ki, 28 may Müstəqillik Günü və 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "Bələdiyyə parkı"nda bayram tədbirləri keçirilib. Zəfər bayramı münasibətilə bələdiyyənin dəstəyi əsasında bayram şənlikləri təşkil edilib.  Qeyd edək ki, ötən il şəhid və qazi ailələrinə 81.995 manat məbləğində ərzaq verilib. 

İclasda çıxış edən Bələdiyyə sədrinin müavini Nərmin Mehdiyeva tədbir iştirakçılarına şəhər ərazisində nə qədər və hansı  ərazilərin  asfaltlanması ilə bağlı məlumat verib. Belə ki, Mehdiyeva bildirib ki, şəhər ərazisində 20 min kv. metr-dən çox yer asfaltlanıb, abadlaşdırılıb. Belə ki, Sarı Qaya, Bağlar, 52-ci məhəllə və Yeni Yaşayış Massivi ərazilərində, Vətən müharibəsi şəhidlərinin adını daşıyan əksər küçələrdə asfaltlama işləri aparılıb.  Bütün bu tədbirlərin icrası zamanı isə əhaliyə mütəmadi olaraq görülən işlər üzrə məlumatlar verilib". 

Daha sonra iclas iştirakçıları bələdiyyənin ərazidə gördüyü işlər barədə danışıb və razılıqlarını ifadə ediblər.


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər