Orxan Nağıyev: “Qurban Bayramı günlərində qəsəbəmizin qonaqları çay kənarlarına tullantıları ataraq xoşagəlməz mənzərə yaratmalarına təəssüf edirik”
“Altıağac Bələdiyyəsi tərəfindən ərazilərdə daim iməcliklər,
təmizlik işləri aparılmasına baxmayaraq
Qurban Bayramı günlərində qonaqlarımızın qəsəbənin müxtəlif yerlərinə, o cümlədən çay kənarlarına
tullantılar ataraq xoşagəlməz mənzərə yaratmlarına təəssüf edirik”- bu fikirləri
Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Orxan Nağıyev deyib.
Məhz bu səbəbdən
yenidən həmin ərazilərdə tərəfimizdən təmizlik işləri aparılıb.
Sədr sakinlərə və qəsəbənin qonaqlarına müraciət etməyi unutmayıb: “Hər birimiz birlikdə həmrəy olub qəsəbəmizi hər zaman təmiz saxlamalı, arzuladığımız gözəl nəticələrə birlikdə nail olmalıyıq.Təmizlik həm də gələcək nəsillərin sağlamlığı deməkdir!”
Rəylər
0 Rəy