Orxan Adıgözəlzadə: “Sumqayıt şəhər bələdiyyəsi olaraq bizim üçün ən önəmli məsələ sakinlərimizin sosial-rifahının təmin edilməsidir”
“Sumqayıt bələdiyyəsi vətəndaş məmnunluğunun təmin edilməsi
məqsədiylə layihələrin icrasını davam etdirir”- bu fikirləri Belediyye.infoya
Sumqayıt Bələdiyyəsinin sədri vəzifəsini icra edən Orxan Adıgözəlzadə
bildirib.
Orxan Adıgözəlzadə bildirib ki, Sumqayıt Bələdiyyəsinin
2024-cü il üçün təsdiq etdiyi
sosial-iqtisadi proqrama uyğun olaraq fəaliyyətini davam etdirib və
sakinlərin müraciətlərinə uyğun olaraq şəhərin bir sıra ərazilərində asfalt
vurulmasını həyata keçirib.
Belə ki, məktəblərə əhalinin və şagirdlərin gediş-gəlişinin
rahatlığını təmin etmək üçün şəhər ərazisindəki bərbad vəziyyətə düşmüş
yolları Sumqayıt şəhər İcra Hakimiyyətinin dəstəyi ilə asfalt
vurulub.
Qeyd edək ki, bələdiyyənin maliyyə dəstəyi ilə bu dəfə 23,
26, 30, 35 saylı məktəblərə, 47, 54, 71 saylı bağçalara və 43 saylı seçki dairəsinə
aparan yollara asfalt vurulub.
Orxan Adıgözəlzadə bildirib ki, şəhər bələdiyyəsi olaraq bizim üçün ən önəmli məsələ sakinlərimizin sosial-rifahının təmin edilməsidir.
Belediyye.info