Sumqayıt bələdiyyəsi yeni layihəyə start verib
Doğma şəhərimiz Sumqayıt gündən - günə
çiçəklənir, inkişaf edir. Hara baxırsan yalnız quruculuq, abadlıq işləri göz
oxşayır. Şəhər sanki geniş bir tikinti, abadlıq meydançasını xatırladır.
Sumqayıt hazırda özünün qızıl dövrünü yaşayır desək, yəqin ki, yanılmarıq.
Bu quruculuq işlərinə Sumqayıt Bələdiyyəsi də öz töhfəsini verməkdədir. Bələdiyyənin fəaliyyət istiqamətinin əsasını
hər zaman şəhər sakinlərinin rahatlığı tutub. Sumqayıt bələdiyyəsi həyata
keçirdiyi bütün işlərdə öncə vətəndaş məmnuniyyəti və rahatlığını ümdə vəzifə
kimi göz önündə tutub.
Cari ilin 3 ayı ərzində şəhər ərazisində ümumi
asfaltlamaya 13 min 985 kv.m asfalt sərf edilib.
Sumqayıt Bələdiyyəsi artıq 2024 -cü ilin sosial
-iqtisadi planlamasına uyğun olaraq əməli işlərə başlayıb. Belə ki, sakinlərin
rahatlığının təmini üçün Xəzər bağları yaşayış massivindəki Murovdağ və Nəsimi
küçələrinə asfalt örtüyü çəkilir. Xəzər bağlarındakı geniş miqyaslı asfaltlama
tədbirlərinin ardınca 16, 20 və 21 -ci
mikrorayonların problemli yollarının asfaltlanması nəzərdə tutulub.
Sumqayıt Bələdiyyəsi
Rəylər
0 Rəy