Bələdiyyə sədri: “Tüləkəran bələdiyyəsi şəhidlərin xatirəsini daim əziz tutur”
Quba
rayon Tüləkəran bələdiyyəsi tərəfindən torpaqlarımızın ərazi bütövlüyü uğrunda
canlarından keçən Şəhidlərimizin xatirəsinin əbədləşdirilməsi istiqamətində işlər
davam etdirilir. Yenikənd kəndində birinci Qarabağ müharibəsi şəhidləri
Əvəz Ələskərov və Əfqan İdrisovun xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə abidə bulaq istifadəyə verilib.
Bu barədə məlumatı adıçəkilən bələdiyyənin sədri Rauf Hüseynov bildirib.
Sədrin
sözlərinə görə, bulaq kəndin içməli su təhcizatının yaxşılardılmasına və eyni
zamanda kənddaxili küçələrin işıqlandırılmasına öz müsbət təsirini göstərəcəkdir.
Qeyd edək ki, görülən işlər kənd sakinləri tərəfindən razılıqla qarşılanmışdır. Bu istiqamətdə işlər mütəmadi olaraq davam etdiriləcəkdir.