Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

04-02-2024 , 11:23

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Sumqayıt
- +

Zakir Fərəcovu bələdiyyə sədrliyindən siyasi rəhbərliyə aparan yolu


 Zakir Fərəc oğlu Fərəcov  3 fevral 1954-cü ildə, Laçın rayonu Qazıdərə kəndində anadan olub.

1961–1971-ci illərdə orta ümumtəhsil məktəbində təhsil alıb.

1971-ci ildə Sumqayıt Superfosfat zavodunda fəhlə kimi əmək fəaliyyətinə başlayıb.

1971-ci ilin yanvar ayında Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrufatı İstehsalat birliyində texnik kimi işə başlayıb.

1972-ci ilin noyabr ayından 1974-cü ilin noyabr ayınadək Murmansk vilayətinin Severomorsk şəhərində keçmiş Sovet Ordusunda həqiqi hərbi xitmətdə olub.

1975-1980-c ıillərdə  D. Bünyadzadə adına Xalq Təsərrufatı İnstitutunun "Sənaye İqtisadiyyatı" fakültəsisin axşam şöbəsini bitirib.

1978-ci ildə Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrufatı Birliyində şöbə rəisi, 1981-ci ildə baş direktorun müavini, 1988-ci ildə Mənzil Kommunal İstehsalat birliyinə baş direktor təyin olunmuşdur.

23 dekabr 1999-cu il tarixində keçirilən bələdiyyə seçkilərində iştirak edib və Sumqayıt bələdiyyəsinin üzvü,  2000-ci ilin yanvar ayında isə  bələdiyyənin ilk iclasında sədr seçilib.

Sumqayıt Bələdiyyəsinin bu günkü inkişaf yolunda qazandığı uğurlarda, nümunəvi  bir bələdiyyə səviyyəsinə çatmasında Zakir Fərəcovun xidmətləri danılmazdır.

2005–2015-ci illərdə isə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Xırdalan qəsəbəsinə şəhər statsunun verilməsində, qəsəbə bələdiyyəsinin şəhər bələdiyyəsi kimi faliyyətində, xüsusəndə mülkiyyətə torpaq verilməsində siyasi rəhbərin xüsusi rolu olub.

Azərbaycan  Prezidentinin 2 sentyabr 2015-ci il tarixili Sərəncamına əsasən ilə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub.

·        Azərbaycan Prezidentinin 26 dekabr 2012-ci il tarixli 2625 saylı Sərəncamına əsasən Abşeron rayonunun yaradılmasının 50 illiyi münasibətilə və rayonun sosial-iqtisadi inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif olunub.

·        Azərbaycan Prezidentinin 4 oktyabr 2016-cı il tarixili Sərəncamına əsasən Sumqayıt şəhərinin sosial və iqtisadi inkişafındakı xidmətlərinə görə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

·        Azərbaycan Prezidentinin 3 fevral 2024-cü il tarixili Sərəncamına əsasən Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif olunub.

Yaradıcı və qurucu  insan olaraq Zakir Fərəcovu fərqləndiən əsas cəhət onun daim  Vətəninə, dövlətinə sədaqətlə xidmət etməsidir.  Zakir Fərəcovun bu fəaliyyəti əslində digər siyasi rəhbərlərə də bir həyat nümunəsu ola bilər.

Sabiq bələdiyyə sədrini bizdə təbrik edir və bundan sonra da saglıqlı illərlə vətəninə   xidmət etməyi arzu edirik

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər