Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

01-05-2025 , 06:19

2185

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Boradigah bələdiyyəsi Babaser kəndində sakinlərlə görüş keçiriblər

Masallı rayonu Boradigah bələdiyyəsi Babaser kənd sakinləri ilə görüş keçirib.

Görüş zamanı bir sıra mühüm məsələlər — o cümlədən bələdiyyə vergiləri, ətraf mühitin qorunması və kəndin təmizliyi mövzuları müzakirə olunub.

Tədbirdə həmçinin Babaser kəndində yaradılmış Babaser Xeyriyyə Cəmiyyətinin fəaliyyəti, görülən işlər və gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan təşəbbüslər  barədə danışılıb.

Görüş zamanı vətəndaşları narahat edən məsələlər dinlənilib, suallar cavablandırılıb və fikir mübadiləsi aparılıb. Sakinlərin fəal iştirakı tədbirin səmərəli keçməsinə şərait yaradıb.

Boradigah bələdiyyəsi olaraq, sakinlərlə açıq dialoqu davam etdirmək və ərazimizin inkişafına töhfə vermək istiqamətində fəaliyyətimizi davam etdirəcəyik.

Boradigah bələdiyyəsi


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bələdiyə sədri qəbul keçirib

Region
05-04-2026
469