Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

20-09-2024 , 22:06

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Bələdiyyənin təşkilatçılığı ilə kəndin daxili yolları genişləndirilir

Quba rayon Tüləkəran bələdiyyəsi tərəfindən Aşağı Tüləkəran və Yuxarı Tüləkəran kəndlər arası, habelə  Yuxarı Tüləkəran kəndinin daxili yollarında genişləndirmə işləri aparılmışdır. Bu barədə məluamt adıçəkilən bələdiyyədən daxil olub. 

Belə ki, bir kilometr uzunluğunda yolun mövcud 3 metrlik eni 6 metrədək genişləndirilərək sakinlərin, xüsüsən də qış aylarında təhlükəsiz hərəkəti təmin olunmuşdur. Əlavə olaraq 600 metr ərazidə daxili yollarda hamarlanma və cari təmir işləri aparılmışdır. 

Göstərdikləri köməkliklərə görə əməyi keçən kənd sakinlərinə təşəkkürümüzü bildiririk.

Görülən işlər vergi daxilolmalarının həcmi artıqca mütəmadi olaraq davam etdiriləcəkdir. 

Sakinlərimizdən kəndlərimizin ümumi sosial inkişafında aktiv olmağa və vergi borclarını ödəməklə bu işdə öz töhvələrini verməyə dəvət edirik.

Quba rayon Tüləkəran bələdiyyəsi


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər