Tədbiri açan bələdiyyə sədri Eyvaz Orucov uğur qazanan gəncləri, onların valideynlərini və müəllimlərini təbrik edib. Bildirib ki, Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin mühüm tərkib hissəsidir. Çıxışında qeyd olunub ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın yüksək diqqət və
qayğısı sayəsində bu gün təhsil sahəsində uğurlar göz önündədir. və o cümlədən də ölkədə təhsilə göstərilən dövlət qayğısından da danışıb.
Yeni Azərbaycan Partiyası (YAP) Qax rayon təşkilatının sədri Natiq Allahverdiyev gənclərə tələbəlik illərində ixtisaslarını yaxşı öyrənmələri ilə yanaşı, gənclər hərəkatının fəal iştirakçıları olmağı da tövsiyə edib.
Bələdiyyə sədr müavini Fərhad Fərhadov,bələdiyyə üzvü Güllü Əhmədova bu il tələbə adını qazanan məzunları bu böyük uğur münasibətilə ürəkdən təbrik etmişlər
Tədbirdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Qax rayonu üzrə təhsil sektorunun əməkdaşı
Pərvanə Ələsgərova , N.Allahverdiyev adına 2 №li məktəb-liseyin direktoru Aybəniz Məmmədova, Qax şəhər Etibar Babayev adına 4 nömrəli tam orta məktəbin direktoru Rübail Əfəndiyeva,müəllimlərdən İradə Mehdiyeva, Vüqar Əli , Aynurə Rəhimova
Qalib məzunlardan Musazadə Nəzrin, çıxış edərək tədbirin təşkilatçılarına təşəkkürlərini bildirmişlər
Sonda tələbə adın qazanmış gənclərə fəxri fərmanlar təqdim edilib və onlarla xatirə şəkli çəkilib.