Günel Ağayeva: “Tüntül bələdiyyəsi daim aztəminatlı ailələrin sosial-məişət qayğılarıyla maraqlanır”
“Tüntül
bələdiyyəsi hər daim aztəminatlı ailələrin sosial-məişət qayğılarıyla
maraqlanır, onların müraciətlərini bələdiyyə iclasında müzakirəyə çıxarır”- bu
fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin
sədri Günel Ağayeva bildirib.
Sədrin
sözlərinə görə, bu günlərdə kənd sakini Məmmədova Gülxar Osman qızının evinin
tavan hissəsinin təmir olunmasına və bəzi çatışmayan ev materiallarının alınması
ilə bağlı müraciəti bələdiyyə iclasında müzakirə edilərək yardım edilməsi qərara
alınmış, bununla yanaşı həmin yaşlı xanımın müalicəsi üçün də 200 manat həcmində
maddi yardım göstərilmişdir.
Bundan
başqa Tuntul bələdiyyəsi ahıl yaşda olan aztəminatlı xanım olan Abbasova Naribə
Əhəd qızına qiş tədarükü üçün beş kub quru odun və 100 manat həcmində maddi
yardim göstərilmişdir.
Bu günlərdə
bələdiyyə iclasında müzakirə edilən məsələlərdən biri də aztəminatlı ailə olan Abdulkərimov Rəvan
Mehman oğlunun azyaşlı usaqlarına məktəbli paltarının alınması üçün 200 manat maddi yardım təqdim edilməsi olmuşdur.
Sədr bildirib ki, Tüntül bələdiyyəsinə müraciət edən hər bir vətəndaşın arzu və istəyi kənarda qalmır. Əsas məqsədimiz vətəndaş məmnunluğunun təmin edilməsinə bələdiyyə olaraq töhfə verməkdir.
Belediyye.info