Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

09-06-2024 , 08:53

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Eyvaz Orucov: “Bu gün hər bir bələdiyyənin əsas vəzifəsi özünə dayanıqlı maliyyə mənbəyinin yaradılması olmalıdır”

“Əldə etdiyimiz maliyyə vəsaitinin 10.635 manatı bələdiyyə mülkiyyətinin icarəyə verilməsindən əldə edilib. Bu isə ümumi büdcə gəlirinin 6.3 faizi deməkdir”- bu fikirləri Belediyye.infoya Qax bələdiyyəsinin sədri Eyvaz Orucov bildirib.

“Qax bələdiyyəsi son illər ərzində bununla yanaşı səyyar ticarətin təşkilşindən 860 manat, dəfn xidmətlərindən 4.800 manat əlavə maliyyə vəsaiti əldə edib. Hər halda əldə etdiyimiz maliyyə vəsaitinin on fazə yaxın bir hissəsi qeyri-vergi və rusum ödənişindən daxil olub”- bu fikirləri də Qax bələdiyyəsinin sədri bildirib. 

Əlavə edək ki, 2023-cü il ərzində Qax  bələdiyyəsinin  gəlirləri  167.287 manat olub. Fəaliyyətimizin ilk günündən etibarən əsas diqətimizi bələdiyyə mülkiyyətinin formalaşmasına yönəltmişik.

Belə ki, hazırda bələdiyyənin mülkiyyətində iki ən müasir standartlara cavab verən park, o cümlədən 300 kv.m-lik üç hissədən ibarət sahibkarlıq obyekti və mərasim evi var. Sahibkarlıq obyektində təkər təmiri, mebel və plastik qapı-pəncərə sexləri fəaliyyət göstərir. Bununla yanaşı mərasim xidmətlərinin göstərilməsi üçün mərasim evindən əlavə mağar dəsti də düzəldilərək sakinlərin istifadəsinə verilib. Qeyd edək ki, mağar dəsti şəhid, qazi və aztəminatlı ailələrin istifadəsinə pulsuz verilir.  

Sədr  bildirib ki, 2022-ci illə müqayisədə büdcə gəlirləri ötən il  13 % artıb.  Əmlak vergisi 31.385 manat, torpaq vergisi 151.200 manat toplanlıb. 2022-ci ili illə müqayisədə əmlak vergisinin toplanılmasında (2022-ci ildə 33663.00 manat) azalma, torpaq vergisinin (2022-ci ildə 13608.00 manat)  toplanmasında isə  artım  müşahidə edilib. Lakin yerli vergilərin toplanmasında yenə də istədiyimiz nəticəni əldə edə bilməmişik. “Vergilər Məcəlləsi”nə edilmiş dəyişikliklərə əsasən 2015-ci il yanvarın 1-dən etibarən bələdiyyə vergiləri mülkiyyət sahibləri tərəfindən müvafiq poçt şöbələri vasitəsilə bələdiyyəyə ödənilməlidir. Belə ki, vətəndaşlara bildirişlər təqdim olunsa da, onlar poçt vasitəsilə vergi borclarını ödəməkdən bəzən yayınırlar. Bununla əlaqədar BAMS proqramında yeni  sistem yaradılıb. Bu sistem vergidən yayınma hallarının qarşısını almaqda bizə dəstək olur. Üstəlik, ötən il Adminstrasiyanın bələdiyyələrlə iş sektorunun təşəbbüsü və dəstəyi, Bələdiyyələrlə İş Mərkəzinin iştirakıyla Azərabaycan Bələdiyyələrinin Milli Assosiasiyası və “Bələdiyyələrə onlayn xidmət” Mərkəzi tərəfindən yenilənmiş BAMS proqramı və bu proqramın Əmlak məsələləri Dövlət Xidmətinin məlumat bazasına inteqrasiya edilməsi öz bəhrəsini verməkdədir.

Sədr sonda qeyd edib ki, bu gün hər bir bələdiyyənin əsas vəzifəsi əldə edilən maliyyə vəsaiti hesabına özünə dayanıqlı maliyyə mənbəyinin yaradılması olmalıdır.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər