Bələdiyyə sədri: “Tüntül bələdiyyəsi daim ərazidə yaşayan şəhid və qazi ailələrinə öz qayğı və diqqətini əsirgəmir”
Bələdiyyə olaraq şəhid və qazi ailələrinə maddı mənəvi dəstək olaraq son illərdə hansı layihıələr icra olunub?
Suala cavab olaraq Qəbələ rayonu Tüntül bələdiyyəsinin sədri Günel Ağayeva bildirib ki, bələdiyyə olaraq daim şahid və qazi ailələrinin sosila məişət qayğılarıyla maraqlanır və maliyyə imkanalrı çərçivəsində dəstəyimizi göstəririk.
Sədrin
sözlərinə görə, son dörd il ərzində şəhid Rüstəm Atakiçiyevin ailəsinə, şəhid bulağının
təmir-abadlıq işlərinin görülməsi və maddi yardım şəklində 3.538 manat maliyyə vəsaiti bələdiyyə
iclasının qərarıyla ayrılmışdır. Şəhid Vüqar Səmidli ailəsinə şəhid bulağında təmir
bərpa işlərinin aparılmasın 681 manata maliyyə vəsaiti ayrılmışdır.
Şəhid
Tamerlan Soltanbəylinin ailəsinə 2.180
manat həcmində həm maddi yardım göstərilmiş, həm də 10 sot torpaq sahəsi pay şəkilində
verilmişdir. Şəhid Ismayil Kərimovun ailəsinə 12 sot torpaq sahəsi ayrılıb.
Bələdiyyə
olaraq qaziləri unutmuruq. Qazi Bəhram Nuriyevə 1.750 m, Telman Nuriyevə 300 manat həcmində
maddi yardım göstərilib.
Bununla
yanaşı şəhid adları verilmiş küçələrdə xatirə lövhələrinin vurulmasında bələdiyyə
iclasının qərarıyla 2252 manat vəsait ayrılmışdır.
Göründüyü kimi, Tüntül bələdiyyəsi daim ərazidə yaşayan şəhid və qazi ailələrinə öz qayğı və diqqətini əsirgəmir və bu layihələr bundan sonrada davam etdiriləcəkdir.
Belediyye.info
Rəylər
0 Rəy