Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

13-09-2024 , 10:41

1218

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Bələdiyyə sədri: “Tüntül bələdiyyəsi daim ərazidə yaşayan şəhid və qazi ailələrinə öz qayğı və diqqətini əsirgəmir”

Bələdiyyə olaraq şəhid və qazi ailələrinə maddı mənəvi dəstək olaraq son illərdə hansı layihıələr icra olunub?

Suala cavab olaraq  Qəbələ rayonu Tüntül bələdiyyəsinin sədri Günel Ağayeva bildirib ki, bələdiyyə olaraq daim şahid və qazi ailələrinin sosila məişət qayğılarıyla maraqlanır və maliyyə imkanalrı çərçivəsində dəstəyimizi göstəririk.

Sədrin sözlərinə görə,  son dörd il ərzində  şəhid Rüstəm Atakiçiyevin ailəsinə, şəhid bulağının təmir-abadlıq işlərinin görülməsi və maddi yardım şəklində  3.538 manat maliyyə vəsaiti bələdiyyə iclasının qərarıyla ayrılmışdır. Şəhid Vüqar Səmidli ailəsinə şəhid bulağında təmir bərpa işlərinin aparılmasın 681 manata maliyyə vəsaiti ayrılmışdır.

Şəhid Tamerlan Soltanbəylinin ailəsinə  2.180 manat həcmində həm maddi yardım göstərilmiş, həm də 10 sot torpaq sahəsi pay şəkilində verilmişdir. Şəhid Ismayil Kərimovun ailəsinə 12 sot torpaq sahəsi  ayrılıb.  

Bələdiyyə olaraq qaziləri unutmuruq. Qazi Bəhram Nuriyevə  1.750 m, Telman Nuriyevə 300 manat həcmində maddi yardım göstərilib.

Bununla yanaşı şəhid adları verilmiş küçələrdə xatirə lövhələrinin vurulmasında bələdiyyə iclasının qərarıyla 2252 manat vəsait ayrılmışdır.

Göründüyü kimi, Tüntül bələdiyyəsi daim ərazidə yaşayan şəhid və qazi ailələrinə öz qayğı və diqqətini əsirgəmir və bu layihələr bundan sonrada davam  etdiriləcəkdir.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bələdiyyə sədri vəfat etdi

Region
04-11-2024
297