Asif Həşimov: ""Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Vəndam bələdiyyəsində fəaliyyət proqramı təsdiq edilib"
"“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Qəbələ RİH -in təşəbbüsü və Vəndam Bələdiyyəsinin təşkilatçılığı ilə qəsəbə ərazisində növbəti ağacəkmə aksiyası keçirilib"- bu fikirləri adıçəkilən bələdiyyənin sədri Asif Həşimov bildirib.
Vəndam Qəsəbə Ərazi Nümayəndəliyinin rəsmilərinin, bələdiyyə üzv və qulluqçularının, könüllülərin və sakinlərin iştirak etdiyi aksiya "DƏŞMİR" və "RÜSYAN" qəbiristanlıqlarının ərazilərində həyata keçirilib. Ağacəkmə aksiyasında 520 küknar ağac əkilib.
Əkilən tinglər suvarılıb, onlara aqrotexniki qulluq göstərilib. Ağacəkmə aksiyasında qəsəbənin din xadimləri də iştirak ediblər.
Yaz-yay mövsümü ərzində qəsəbənin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı işlərin davam etdirilməsi nəzərdə tutulub.
Sədr bildirib ki, “Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində qəsəbə bələdiyyəsinin müvafiq komissiyasının təklifləri əsasında xüsusi proqram bələdiyyə iclasında müzakirə edilərək təsdiq edilib. "Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində hazırlanan fəaliyyət proqramında il ərzində yaşıllıqların salınması, mövcud olanlara xidmətin göstərilməsi, habelə ərazidə iməciliklərin keçirilməsi və digər məsələlər salınıb.
Belediyye.info
Rəylər
2 Rəy
Oqtay Nagiyev
24-04-2024, 8 ay əvvəl
Supper Cox sag olun.
CavablaƏsiylə Həşimova
25-04-2024, 8 ay əvvəl
“Yaşıl dünya naminə həmrəylik ili”çərçivəsində Vəndam Bəlıdiyyəsinin təşkilatçılığı ilə Vəndam ərazisində keçirilən ağaqəkmə aksiyasını bəyənir və aksiyanın bütün iştorakçılarına öz dərin təşəkkürümüzü bildiririk.
Cavabla