Ötən il Bərdə bələdiyyələrinin vergi yığımı azalsa da, əmlakın özgəninkiləşdirilməsi 86 faiz artıb
Dövlət
Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2023-ci ildə
Bərdə rayonunda formalaşan 66 bələdiyyənin büdcə gəliri 891.000 manat olub.
Bu 2022-ci
llə müqayisədə 15.7 faiz çox deməkdir. Əldə edilən gəlirlirinm 15.4 faizi
vergilərdən, 84.6 faizi isə rüsumlardan olub.
Büdcə gəlirinin
9.3 faizi torpaq vergisindən, 6.3 faizi isə əmlak vergisindən daxil olub.
Bərdə bələdiyyələrinin
büdcə gəlirin 69.5 faizi bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən
və istifadəyə verilməsindən daxil olub. Bu isə ümumilikdə 618.800 manat edir.
İl ərizində
Bərdə bələdiyyələrinə 133.900 manat
dotasiya və subvensiya ayrılıb.
İl ərzində mehmanxana, tuizm, kurort-sanatoriya xidmətlərindən
və avtodayanacaqlardan büdcəyə maliyyə vəsaiti
daxil olmayıb.
Belediyye.info
Rəylər
0 Rəy