Sədr: “Tüntül bələdiyyəsi hər zaman sakinlərin problemlərinin həlli ilə məşğuldur”
“Tüntül bələdiyyəsi hər zaman sakinlərin problemlərinin
həlli ilə məşğuldur və sakinlərin qaldırdığı məsələlərin həllinə maliyyə imkanları
çərçivəsində çalışır”- bu fikirləri adıçəkilən bələdiyyənin sədri Günel Ağayeva
bildirib.
Xanım sədrin sözlərinə görə, bələdiyyə daim sakinlərin
sosial-məişət qayğıları ilə maraqlanaraq ehtiyacı olan kənd sakinlərinə öz köməyini
əsirgəmir.
Bu günlərdə hər iki valideynini itirmiş Şükürova Cəmilə
Elşən qızının xeyr-işi ilə bağlı məsələ bələdiyyə iclasında müzakirəyə çıxarılaraq yeni ailə quran kənd sakininə məişət
avadanlıqlarının alınması qərara alınmışdır. Sədrin iştirakıyla ailəyə bələdiyyənin
hədiyyəsi təqdim edilib.
Sədr qeyd edib ki, bələdiyyə hər zaman şəhid və qazi ailələriylə yanaşı, aztəminatlı ailələrini də diqqət saxlayır.
Belediyye.info