Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

31-10-2024 , 09:48

442

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Asif Həşimov: “Bu gün hər bir bələdiyyənin əsas məqsədi seçicilərinə verdiyi sözü layiqincə yerinə yetirmək olmalıdır.”

“Vəndam bələdiyyəsi əldə etdiyi maliyyə vəsaitinin böyük bir hissəsini sakinlərin qaldırdığı problemlərin həllinə yönəldir”- bu fikirləri Belediyye.infoya Qəbələ rayonu Vəndam Bələdiyyəsinin sədri Asif Həşimov deyib.

Sədrin sözlərinə görə,  Vəndam bələdiyyəsi ərazisində 2020-ci il ərzində, ümumi sahəsi 11.250 kv metr, 2022-ci il ərzində, ümumi sahəsi 2.227 kv metr, 2023-cü il ərzində, ümumi sahəsi 5.000 kv.m yeni asfalt yol çəkilmişdir. Bununla yanaşı qəsəbənin  Dəşmir və Maralyalayan qəbristanlıqlarına gedən yollara 1.9 km məsafədə qum-çınqıl tökülərək yayılmışdır. Bələdiyyənin ərazidəki qəbirstanlıqların mühafizəsi, səliqə-səhmanın qorunması sahəsində atdığı addımlara sakinlər də  öz dəstəklərini göstərməyə çalışırlar.   

Vəndam bələdiyyəsi cari ildə Yaşıl Dünya Naminə Həmrəylik İli çərçivəsində 520 ədəd ağac tingi əkilərək aqro texniki qulluq göstərilməkdədir. 100 ədət iri tutumlu zibil qabları alınaraq vətəndaşların istifadəsinə verilməsi də bələdiyyənin həyata keçirdiyi layihərdəndir.  Vəndam bələdiyyəsi həmçinin mütəmadi olaraq ərazidə təmizlik aksiyaları da  təşkil edilir.

Sədr qeyd edib ki, bu gün hər bir bələdiyyənin əsas məqsədi seçicilərinə verdiyi sözü layiqincə yerinə yetirmək olmalıdır. Bizdə var qüvvəmizlə bu istiqamətdə çalışırıq.

Belediyye.info 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bələdiyyə sədri vəfat etdi

Region
04-11-2024
292