Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

01-11-2024 , 00:47

637

Son xəbərlər

Bütün xəbərlər

Bu həmdə ziyalıya verilən qiymətdir

Gündəlik Xəbərlər
05-12-2024

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Bələdiyyə sədri: “Müəssisəmiz ölkədə damazlıq keçilərə olan tələbatın ödənilməsini hədəfləyib” 

““Tüləkəran Təmiz Kənd” Məhdud Məsuliyyətli Cəmiyyəti  cari ilin mart ayında Tüləkəran  bələdiyyəsinin müvafiq qərarı əsasında yaradılmışdır. Məhz bundan sonra bələdiyyənin təqdim etdiyi subvensiya layihəsinə  Nazirlər Kabinetinin sərəncamı ilə maliyyə vəsaiti ayrılmış və MMC regionda ilk bələdiyyə müəssisəsi olmaqla yanaşı həm də ilk olaraq müasir innovasiyaların tətbiqinə başlamışdır”- bu fikirləri Quba rayonu Tüləkəran bələdiyyəsinin sədri Rauf Hüseynov bildirib.

Sədr açıqlamasında bildirib ki, müəssisə yüksək məhsuldarlığa malik olan Niderlandın  “Saanaen” keçi sortların yetişdirilməsi və damazlıq təsərüfatının genişləndirilərək ölkədə damazlıq keçilərə olan tələbatının ödənilməsini hədəfləmişdir.

MMC-nin yaradılmasında ən əsas məqsəddə  bələdiyyənin maliyyə imkanlarını genişləndirərək yerli sosial-iqtisadi proseslərdə çevik və effektiv formada iştirak edə bilməsi və eyni zamanda bələdiyyə ərazisində yaşayan əhalinin məşğulluq imkanlarına əlçatanlığının təmin olunmasıdır.

Belə ki, hazırda bələdiyyə müəssisəsi 9 nəfər daimi və 6 nəfəri mövsümu işlə təmin edir. 2025-ci ilin birinci yarımilinədək daimi işçilərin sayını  15 nəfərə, mövsümi işçilərin isə 20 nəfərə çatdırılması hədəflənir.

Müəssisənin qurulmasına dünya təcrübəsindən geniş istifadə olunmuşdur. Belə ki qardaş Türkiyə Cumhuriyyətində bu sahədə ixtisaslaşmış Türkiyə Damazlıq Qoyun və Keçi Yetişdiriciləri Birliyi ilə (TÜDKİYEB) əməkdaşlıq əlaqələri qurulmuş və bu əməkdaşlıq çərçivəsində qardaş ölkəyə səfər olunmuşdur.

Səfər zamanı müasir inovasiyaların heyvandarlıq sektoruna tətbiqi öyrənilmiş, müvafiq tövsiyələr alınmış və ölkəmizdə tətbiqinə başlanılmışdır.

Müəssisənin yaradılması eyni zamanda ərazidə heyvan sağlığı sahəsində ixtisaslı kadrlara olan təlabatı bir daha üzə çıxarmışdır. İnanırıq ki, ixtisaslı kadrların yetişdirlməsi müəssisə ilə yanaşı həm də ərazimizdə yaşayan vətandaşlarımızın da fərdi təsərrüfatlarının inikişafına öz töhvəsini verəcəkdir.

Belediyye.info 



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bələdiyyə sədri vəfat etdi

Region
04-11-2024
393