Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

16-10-2024 , 20:18

580

Son xəbərlər

Bütün xəbərlər

Bu həmdə ziyalıya verilən qiymətdir

Gündəlik Xəbərlər
05-12-2024

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Muxax bələdiyyəsinin fəaliyyət istiqamətləri qarşıda duran vəzifələr -BƏLƏDİYYƏ SƏDRİ YAZIR

 Ölkəmizin surətli inkşafında, əhalinin sosial rifahının yüksəlməsində, demokratiyanın genişlənməsində yerli özünüidarəetmə orqanları kimi bələdiyyələrin də rolu ilbə-il artmaqdadır.Hörmətli prezidentimiz İlham Əliyev cənablarının rəhbətliyi  ilə sosial inkişaf mərhələsinə  qədəm qoyan bələdiyyələr inkişaf edir,  Bu gün bələdiyyə təsisatları inkişaf edərək ölkənin demokratik idarəetmə sistemində öz yerini tutmaqdadır.Muxax bələdiyyəsinin də  təbii ki,bu inkişafda öz yeri var. Bələdiyyələr yaranmış münbit şəraitdən faydalanaraq onlara qanunla verilmiş səlahiyyətlərdən daha səmərəli istifadə etməyə, ölkəmizdə gedən quruculuq işlərində dövlətin yaxın köməkçisi kimi yaxından iştirak etməyə çalışırlar.

 Məlumat üçün bildirim ki,2019-cu ildə secilən bələdiyyə üzvləri gənclərdən ibarətdir.Bələdiyyə üzvlərimizdən 15 ildən artıq bələdiyyənin üzvü olmuş təcrübəli gənclərimiz də var.Bələdiyyə sədr kimi fəaliyyətimin 5 ili tamam olmaq ərəfəsindədir. Bu illər ərzində bələdiyyə üzvlərimizin,qulluqcularınızın bələdiyyədə yaşayan əhalinin təşəbbüsləri müraciətləri əsasında ərazidə vacib olan işlərin görülməsini müxtəlif  vacib olan layihələrin icrasını təmin etmişik.Ərazidə yaşayan əhalimiz də biz bələdiyyə üzvlərinə olan inamının olmasıdır ki, vergilərin ödənilməsində ildən-ilə müsbətə doğru  irəlləyişlər var.Bu şəxsən  gənc bələdiyyə sədr kimi  məni çox sevindirir.Məlumat üçün bildirim ki,BAMS proqramının yaradılması bələdiyyələrdə vergilərin yığılmasında  müsbət addım olmuşdur.

Daha sonra bələdiyənin fəaliyyətinə toxunan sədr  bildirdi ki, “bələdiyyələrin fəaliyyətinin şəffaflıq” prinsipi əsasında qurulması əhalinin bizə inamını artıran əsas amillərdən biridir. Buna görə də biz öz fəaliyyətimiz haqqında əhaliyə mütəmadi məlumat verməyi öhdəmizə götürmüşük.Buna misal olaraq bildirim ki,bələdiyyənin maliyyə hesabatları və gördüyümüz işlər bələdiyyə lövhəsində,sosial şəbəkələr vasitəsi ilə mütamadi olaraq ərazidə yaşayan əhalini məlumatlandırırıq.Bu da bələdiyyəmizdə şəffaflığın təmin edilməsi istiqamətində atılan addımlardan ən vacibidir.Yığılan vəsaitlər bələdiyyənin saxlanmasına və digər qeyd edilən zəruri tədbirlərə daha vacib olan ümumi vətəndaşlara xidmət edəcək sosial sahələrə xərclənməsini təmin edirik.

Bizim daimə vətəndaşlarımızın köməkliyinə ehtiyacımız var.Əhali tərəfindən atılan bərk məişət tullantılarından ərazinin təmizlənməsinə və daşınmasında sakinlərimiz köməklik göstərməlidirlər.Belə bir cətin işin öhdəsindən bələdiyyədə olan bir necə  işci gələ bilməz bu mümkün də deyildir.Ancaq sakinlərimizin bələdiyyəmizə köməkliyi olarsa kəndimizi təmiz və səliqəli saxlanmasına rayonumuzda təmiz və abad kənd kimi tanınmasına nail ola bilərik.Bildiyimiz ki,bu il “Yaşıl Dünya Naminə Həmrəylik ili” kimi qeyd edilir.Biz də Yaşıl Dünya Naminə öz tövhəmizi verməli kəndimizi səliqəli və daimə təmiz saxlamalıyıq.Yaddan cıxarmamalıyıq ki,kəndimizin təmiz sağlanılması bizim hər birimizin sağlamlığımız üçün vacibdir.Hər bir vətəndaş öz həyətinin qarşısını süpürüb təmiz saxlayarsa ərazimiz həm də dünyamız  təmiz olar.

Vətəndaşlardan xahişim ondan ibarətdir ki, hər birimiz öz həyətimizin yol kənarlarını təmiz saxlayaq,bərk məişət tulantılarını çaylağa yola atmayaq,Hərəmiz öz həyətimizdə quyu qazaraq basdırılmasını və yaxud təyin olunmuş ərazidə olan zibil poliqonuna daşınmasını təmin edək.Məlumat üçün  bildirim ki,ərazidə aidiyyatı təşkilatların razılığı əsasında zibil tullantılarının atılması üçün poliqonun yaradılması bələdiyyəmiz tərəfindən təmin edilmişdir. Bununla yanaşı tərəfimizdən xüsusi texnika cəlb edilməklə bərk məişət tullantıları yığılan quyunun ətrafı mütamadi olaraq təmizlənmişdir hal-hazırda ərazidə təmizlik abadlıq işləri davam etdirilməkdədir.

Vətəndaşların probleminin dinləməsini, onun həlli istiqamətində addımların atılmasını bələdiyyənin daim diqqət mərkəzində olduğunu bildirən sədr mütəmadi olaraq vətəndaşların inzibati idarə binasında qəbulun təşkil edildiyini və qaldırılan məsələlərin öz səlahiyyəti daxilində həll ediləcəyini və aidiyyatı təşkilatlat qarşısında qaldırılaraq həllinə nail olunduğunu bildirdi.

“Bələdiyyənin uğurları ilə yanaşı həm də ərazimizdə problemlərin mövcudluğu da istisna deyil”- Bələdiyyəmiz böyük bələdiyyələrdən biridir. Gördüyümüz işlərlə yanaşı,ərazidə görülməli işlərimiz də çoxdur. Bələdiyyə büdcəsi bizə imkan vermir ki,ərazidə daha vacib olan digər layihələri icra edək.Vətəndaşlarımız da bizi başa düşərək vaxtında az miqdarda olan vergilərini ödəsələr biz də qarşımıza qoyduğumuz  icrası vacib olan layihələri həyata kecirərdik.

Məhz bu məqsədlə bələdiyyə  üzvləri və qulluqçuları daim əhali arasında maarifləndirmə işləri aparır və yerli vergilərin bələdiyyə büdcəsi üçün vacibliyini izah edirlər.Ancaq elə vergi ödəyişilərimiz vardır ki,müxtəlif bəhanələrlə vergidən yayınmaq istəyirlər.Onlar başa düşməlidirlər ki,pay torpaqlarından istifadə edib etməməsindən asılı olmayaraq az miqdarda olan torpaq vergilərini bələdiyyə büdcəsinə ödəməyə borcludurlar.Cari ildəki fəaliyyətə toxunan sədr bildirdi ki, əhalinin rahatlığının təmin olunması ilə bağlı atılacaq növbəti əsas addımlardan biri bələdiyyə ərazisində olan məhəllədaxili yolların təmir olunması ilə bağlıdır.Bu məsələni də bələdiyyə sədr olaraq daim diqqətdə saxlayırıq.İmkan olduqca kənd ara yollarının təmiri istiqamətində işlərimizi davam etdirirk.Hami yaxşı bilir ki,idarəcilik etmək özü bildiyimiz kimi asan bir iş deyildir.Ərazidə görəcəyimiz işlər çoxdur,saymaqla qurtarmaz,biz həmin işləri görmək ərazimizdə yaşayan sakinlərimizin ehtimadını döğrultmaq  üçün var gücümüzlə calışmalıyıq ki,əhalimiz bizdən razı qalsın.

 Elvin Yusubov

Zaqatala rayonu Muxax   bələdiyyəsinin sədri 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bələdiyyə sədri vəfat etdi

Region
04-11-2024
393