Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

05-05-2023 , 07:50

1508

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Ötən il Biləsuvar   bələdiyyyələrində  torpaq satışı 43 faiz  azalıb

 Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2022-ci ildə Biləsuvar   rayonunda formalaşan 23 bələdiyyənin büdcə gəliri 494.900  manat olub. Bu 2021-ci illə müqayisədə 0.5 faiz azdur.Əldə edilən gəlirin 33.7 faizi vergilərdən,  66.3 faizi isə rüsumlardan olub. Büdcə gəlirinin 16.8 faizi torpaq, 16.9 faizi əmlak vergisindən daxil olub.

Biləsuvar   bələdiyyələrinin büdcə gəlirinin 52.5 faizi bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən və istifadəyə verilməsindən daxil olub.

Biləsuvar   bələdiyyələri ötən il 65.300 manatlıq torpaq satışı həyata keçiriblər. Bu da ötən illə müqayisədə 43 faiz az deməkdir.  Büdcə gəlirlərinin 13.2 faizi məhz bu istiqamətdən daxil olub. İl ərzində Biləsuvar   bələdiyyələrinə 46.700  manat dotasiya ayrılıb. Biləsuvar   bələdiyyələri bələdiyyə əmlakının icarəyə və istifadəyə verilməsindən daxil olan gəlirlərin həcmini 1.0 faiz artıq olub. Belə ki, il ərzində bu maliyyə istiqamətindən bələdiyyə büdcəsinə 194.500 manat maliyyə vəsaiti daxil olub.

Mehmanxana, turizm, kurort-sanatoriya xidmətlərindən 600 manat, avtodayanacaqlardan 1400 manat maliyyə vəsaiti daxil olub.

Biləsuvar   bələdiyələrinə bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar  və ya səyyar ticarətdən, bələdiyyə müəssisələrinin mənfəət vergisindən, daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsindən hər hansı vergi və rüsüm daxil olmayıb.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bələdiyyə sədri vəfat etdi

Region
04-11-2024
357